AKİAB Azərbaycan şirkətləri üçün Avropaya ixrac imkanları yaradır. Əgər siz də Avropaya ixrac etmək istəyirsinizsə aşağıdakı linkdən qeydiyyatdan keçərək ətraflı məlumat əldə edə bilərsiz.
"Formula Bussines (Formula B)" üzrə AKİAB Qran-prisi növbəti dəfə baş tutacaq!
Hər birinizi 26 avqust 2023-ci il saat 19:00-da AKİAB-ın təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək olan "Formula Business(Formula B)" kartinq yarşında aramızda görmək istəyərik! "Formula B" yarışları təkcə sürəti deyil, həm də strategiya və taktikanı əhatə edən möhtəşəm şou təqdim edir. 3-cü dəfə küçiriləcək bu unudulmaz yarışda iştirak edərək arzularınızı gerçəkləşdirin. Əfsanəvi yarışın bir hissəsi ola bilmək üçün üzvlərimizi yarışa qoşulmağa və bu sürətdən həzz almağa dəvət edirik! 🔥 Qeydiyyat linki Kartinq məkan: Baku City Karting. Ünvan: Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15
İş dünyasında biznes doktor kimi tanınan Cəlal Nağıyevin 9 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "İdarə etmə hesabatları" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi idarə etmə hesabatlarının siz sahibkarlar üçün nə qədər vacib olduğunu və bu hesabatların uğurunuza gedən yolda sizi daha da gücləndirə biləcəyini işıqlandırmaqdır.
Cəlal Nağıyev 20000-dən çox biznes təhlil və yüzdən çox biznes idarə etmişdir. 800-dən çox kredit mütəxəssisinə təlim vermiş, həm Azərbaycanda, həm də Rusiyada layihələrin həyata keçirildiyi biznes planları hazırlamışdır.
Unudulmaz təcrübələri və uğur hekayələri ilə dolu Acun Ilıcalı karyerasının gizli sirlərini anlatmaq üçün Bakıda! "Peki ben nasıl başardım?!" başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq Acun Ilıcalı, uğur əldə etmənin yolları və şəxsi inkişaf mövzularında çıxış edəcək.
İndi "AKİAB10" promo kodu ilə endirimli biletləri əldə etmək fürsətini qaçırmayın!
Excevent və Beylimedia şirkətinin təşkilatçılığı ilə bol motivasiya alacağınız görüş, 22 oktyabr saat 19:30-da Bakı Konqres Mərkəzində baş tutacaq.
Bu dəfə tam fərqli təlim və təlimçi ilə sizlərin qarşınızdayıq.
Vergi konsultantı və vergi uçotu üzrə təlimçi Teymur İslamlının təqdimatında baş tutacaq "Vergi yoxlamalarında 5 vacib məqam" adlı təlimdə hər birinizi gözləyirik.
Karyerası boyunca xeyli sayda vergi auditi həyata keçirən Teymur İslamlı operativ vergi nəzarəti şöbəsi, topdan və pərakəndə ticarət sahələri üzrə audit şöbələri, vergi öhdəliklərinin icrasına nəzarət, bəyannamələr və iri vergi ödəyicilərinin auditi şöbələri və ən əsası “Good Finance” MMC-nin vergilər üzrə meneceri vəzifəsində çalışıb.
Öz şəxsi biznesini qurmaq istəyən gənclər üçün ən əlverişli, faydalı mühit ilə sizin üçün gəlirik 😍
Haradan başlayacağını bilmirsənsə, bizi izlə⬇️
Gənc AKİAB #gencakiab
AKİAB- Azərbaycan Korparativ İş Adamları Birliyi biznes inkişaf platformasıdır.
-Gənc AKİAB gələcəkdə sahibkar olmaq istəyən gənclərin sahibkar kimi inkişafını təmin edən layihədir.
Daha çox məlumat üçün izləmədə qal🥳
10 illik satış təlimləri təcrübəsi və 2007-ci ildən peşəkar satışla məşğul olan Sarvan Aslanovun 23 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "Satışda qiymət danışıqları" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi satış prosesində qiymət müzakirələrinin effektivliyini artırmaq və müştəri tərəfindən təklif edilən qiymətləri müvafiq şəkildə qiymətləndirmək üçün əhəmiyyətli təcrübələr paylaşmaqdır.
Azərbaycanın aparıcı inşaat materialları istehsalçıları olan Azenco ASC, STP MMC, AKKORD SENAYE INVESTISIYA ASC-də satış mütəxəssisi, Sinergy Holding AAC MMC-ə daxil olan Gobustone şirkətində korporativ satışlar üzrə aparıcı mütəxəssisi, Aliyans Tekstil şirkətinin satış direktoru və Gobustone şirkətinin Satış Departamentinin Direktoru vəzifələrində çalışmış Sarvan Aslanov, hal-hazırda Başak Supply şirkətinin Direktoru vəzifəsində çalışır.
#AKİAB #biznestəlim #satgroup #işadamları #təlimlər #sahibkarlar #sarvanaslanov
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik.
Sizi unutmarıq, unutdurmarıq!
Azərbaycanın yeganə süni intellekt üzrə eksperti Dos. Dr. Nicat Əliyevin 30 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "Süni intellekt ve data analitikanin biznesdəki rolu" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi, süni intellekt və data analitikanın biznesdəki rolu barədə aydın anlayış yaratmaq və bu texnologiyaların iş strategiyasına necə inteqrasiya ediləcəyi haqqında məsləhətlər təqdim etməkdir.
Bir çox yerli ve beynəlxalq şirkətə süni intellekt və data analitika üzrə konsultasiya və data analitika təlimi vermiş Dos. Dr. Nicat Əliyev Almaniyanın nüfuzlu “Max Planck” institutunda qonaq tədqiqatçı, Türkiyənin “Sabahattin Zaim” universitetində müəllim, tədqiqatçı və riyaziyyat mərkəzinin rəhbəri, 2021- ci ildən indiyə kimi Çexiyanın “Karlova” universiteti daha sonra Çex Texniki universitetlərində tədqiqatçı, Amerikanın Careerera təhsil şirkətində data science, data analiz və Python proqramlaşdırma müəllimi kimi fəaliyyət göstərir.
AKİAB və Azərbaycan Françayzinq Assosiasiyası əməkdaşlıqların daha da inkişaf etdirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi yolunda böyük nailiyyətlər üçün Oktyabrın 15-dən 19-a kimi "Özbəkistana Biznes Səfəri" layihəsi təşkil edir.
Bu səfərdə iki ölkənin iş dünyası təmsilçiləri arasında fəal tərəfdaşlığın yaradılması və AKİAB ticarət evinin açılması nəzərdə tutulur.
Qeydiyyat linki: https://bit.ly/3PVoQ4g
AKİAB sahibkarlar üçün fərqli, həyəcanlı və adrenalin dolu bir “Paintball” turniri təşkil edir. Unudulmaz anlar yaşamaq və daha fərqli bir gün keçirmək üçün 07.10.2023 tarixində, saat 16:00-da hər birinizi "Qarabağ Paintball"da gözləyirik.
Məkan: Yasamal rayonu, Metbuat propekti 529, Sherifzade kucesi 1b "Qarabağ Paintball”
“ADIGÖZƏL & TİAK”-ın təsisçisi Zahid Adıgözəlovun 7 Oktyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün “Kiçik Şirkətin Strukturu” adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi, kiçik və orta ölçülü şirkətlərin strukturlaşmasını və işləməsini daha effektiv və uğurlu bir şəkildə həyata keçirməyə yardım etməkdir. Bu təlim sahibkarlara, kiçik şirkətlər üçün əsas bir strukturun necə qurulması və idarə olunması haqqında əsas məlumatları təqdim edəcəkdir.
Fərqlilikləri birləşdirən, CEO, COO, CSO, PROJEKT MENECER olan Zahid Adıgözəlov “ADIGÖZƏL & TİAK”-ın təsisçisidir. Təbiətcə enerjili, Marketoloq və Analitik zehnə malikdir. BİZNES DEVELOPER, BANKİR təcrübələrinə sahibdir. Sənətcə: BİZNES QUURU, MENTOR, KOUÇ, ALOVYANDIRAN. İxtisası isə hüquqşünasdır.
“SAT Group” şirkətinin həmtəsisçisi və direktoru, Azad Qəhrəmanovun 18 Noyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün “Maksimum Satış” adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi müştəri ilə düzgün əlaqə qurmaq, satış əməliyyatlarını maksimum səviyyəyə çatdırmaq və effektiv satış strategiyalarını yaratmaq bacarıqlarını öyrənməkdir. Bu təlim satış sahəsində bacarıqlarını inkişaf etdirmək istəyən sahibkarlar üçün böyük və unikal təcrübə olacaq.
İxtisasca terapevt olan, 2004-cü ildən isə birbaşa satış sistemində fəaliyyət göstərən Azad Qəhrəmanov 2014-cü ildə “Sat Group” şirkətini təsis edərək müxtəlif şirkətlərin satış personalının peşəkarlığını artırmaq üçün təlimlər həyata keçirmiş, Azərbaycanın 7 regionu, Gürcüstan, Rusiya və Ukrayna respublikalarına qədər inkişaf edən böyük müştəri bazası yaratmışdır. Qeyd edək ki, Azad Qəhrəmanov həm də SAT Forum və Biznes İdarəçilik Forumunun təsisçilərindən biridir.
“SAT Group” şirkəti satış, marketinq və idarəetmə istiqamətlərində 20-dən çox kurs həyata keçirən təlim mərkəzi və kiçik və orta bizneslərə konsaltinq xidməti göstərən müəssisədir.
“DKAgency” şirketində CEO olaraq çalışan Doğan Tomrisin 2 Dekabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün “Biznesdə markalaşma” adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi, sahibkarlara biznesdə markalaşma, müştəri loyallığını artırmaq, brendinqin effektiv strategiyaları və dəyərinin yaradılmasında yardım etməkdir. Bu təlim, sahibkarlara biznes fəaliyyətlərini yaxşılaşdırmaq və brendləşdirmənin bizneslərini necə gücləndirə biləcəklərini öyrədəcək.
Gənc yaşlarında Mcdonald’s restoranları şəbəkəsində işə başlayaraq böyük işlərə imza atmış Doğan Tomris bir çox xarici və Türk şirkətlərində françayzinq sistemi qurulması üzrə xidmət göstərmiş, daha sonra “Tommy Coffee” restoranını təsis etmişdir. 2015-ci ilin sentyabr ayında AAAF parkın baş direktoru vəzifəsinə təyin edildikdən sonra, Azərbaycanda bir neçə restoran açmış, bununla bərabər 2017-ci ildə Gürcüstan və Moskvada müxtəlif françayzinq xidmətləri vermişdir. Hal-hazırda isə “DK Agency” şirketində CEO olaraq çalışır.
12 dekabr gələcəyimizə və inkişafımıza işıq tutan, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dərin hörmət və ehtiramla yad edirik!
“Natiqlikdə əsas bacarıqlar nələrdir?” mövzusununda təlim keçiriləcəkdir. Əsmər Nəcməddinqızı natiqlik və ictimai çıxışlar sahəsində geniş təcrübəyə malikdir və bu sahədə bir çox uğurlu təlimlər keçirib.
Təlimçi Əsmər Nəcməddinqızı aşağıdakı əsas bacarıqlar üzərində fokuslanacaq:
1. Aydın və təsirli danışıq: Fikirlərin aydın və anlaşılan şəkildə ifadə edilməsi.
2. Məlumatlılıq: Danışılan mövzu barədə geniş və dərin məlumatın olması.
3. Səs tonu və intonasiya: Dinləyicilərin diqqətini cəlb etmək üçün səs tonunun və intonasiyanın düzgün istifadəsi.
Əsmər Nəcməddinqızının rəhbərliyi altında keçiriləcək bu təlim iştirakçılara öz natiqlik bacarıqlarını inkişaf etdirməklə yanaşı, ictimai çıxışlarda daha inamlı və təsirli olmağa kömək edəcəkdir.
Bu günü qeyd etmək üçün əsasən ordumuzun döyüş mənliklərinə, vətənin müdafiəsinə həsr olunmuş bir münasibət göstərə bilərik. Bütün qəhrəman şəhid və hərbçilərimizin xatirəsinə hörmət və minnətdarlıqla!
AKİAB |© Bütün hüquqlar qorunur 2025