logo
Ana səhifə

Məlumat

Fəaliyyətlər

Tərəfdaşlar

Məhsullar

XəbərlərElanlar

Qalereya

Ana səhifə/Xəbərlər/Aran Construction

Aran Construction

14.03.2025

img

AKİAB olaraq ofis ziyarətlərimiz davam edir!

Bu dəfəki səfərimiz "Aran Construction" şirkətinə oldu. Qısa müddət ərzində inşaat sektorunda önəmli mövqe qazanan "Aran Construction", peşəkar komandası və müasir keyfiyyət standartlarına uyğun icra etdiyi çoxşaxəli layihələrlə seçilir.

Düzgün planlama və operativ həlləri sayəsində dəqiq və zamanında icra prinsipini əsas tutan şirkət, müştəri məmnuniyyətini daim ön planda saxlayır. Şirkət ağır və xüsusi texnika icarəsi və satışından tutmuş, yol-nəqliyyat infrastrukturu, tikinti və təmir, abadlıq, qazıntı, söküntü, süni göllərin salınması, drenaj, fiberoptik kabel çəkilişi, landşaft və beton işlərinə qədər geniş xidmətlər təqdim edir.

AKİAB olaraq, inşaat sektorunda uğurla irəliləyən "Aran Construction"a fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!