15.06.2025
Ofis ziyarətləri çərçivəsində bu dəfə partnyorlarımız “DoorHan Azerbaijan” şirkətinin ofisində qonaq oldular. Ziyarət zamanı qonaqlara şirkətin fəaliyyəti, təqdim etdiyi məhsul və xidmətlər barədə ətraflı məlumat verildi. Eyni zamanda, istehsalat sahəsi və anbarla da yaxından tanışlıq oldu.
Qeyd edək ki, DoorHan şirkəti sənaye və fərdi istifadə üçün nəzərdə tutulmuş qapı sistemləri, avtomatik sistemlər, yükləmə texnikası və təhlükəsizlik həlləri sahəsində ixtisaslaşmış beynəlxalq brenddir.
AKİAB olaraq partnyorlarımızla qarşılıqlı əlaqəni gücləndirmək və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədilə belə ziyarətləri davam etdiririk.
AKİAB |© Bütün hüquqlar qorunur 2025