14.03.2025
AKİAB komandası olaraq “OmegaNet” ofisini ziyarət etdik!
İnnovasiya və texnologiya sahəsində fəaliyyət göstərən “OmegaNet” şirkəti müştərilərinə yüksək sürətli internet, IP TV, IP telefoniya və 360° IT xidmətləri təqdim edir. Şirkətin rəhbəri Cəlil bəy görüş zamanı, partnyorlarımıza şirkətin fəaliyyəti, tətbiq etdikləri ən son texnologiyalar və gələcək inkişaf planları haqqında ətraflı məlumat verdi.
AKİAB olaraq bizneslərin bir-biri ilə əlaqələrini gücləndirmək, innovativ həlləri dəstəkləmək və tərəfdaşlarımızla daha sıx əməkdaşlıq qurmaq bizim üçün prioritetdir. OmegaNet komandası ilə əməkdaşlıqdan məmnunluq duyuruq və onlara uğurlar arzulayırıq!
AKİAB |© Bütün hüquqlar qorunur 2025