14.03.2025
AKİAB partnyorları ilə Abşeron Logistika Mərkəzini ziyarət edərək, mərkəzin təqdim etdiyi imkanlardan və əməkdaşlıq perspektivlərindən yararlanmaq mövzusunda müzakirələr aparıblar. Bu logistika mərkəzi nəqliyyat, anbar xidməti və gömrük rəsmiləşdirilməsi sahələrində geniş imkanlar təqdim edir.
Görüş zamanı AKİAB nümayəndələri Biznes Departamentinin rəhbəri Elçin Adıyev ilə bir araya gəliblər. O, mərkəzin fəaliyyət istiqamətləri, infrastruktur imkanları və bizneslər üçün təklif olunan xidmətlər barədə geniş məlumat verib.
Mərkəzin tərkibində fəaliyyət göstərən “Absheron Express” beynəlxalq yük daşımaları və multimodal logistika xidmətləri üzrə ixtisaslaşıb. Şirkət effektiv nəqliyyat həlləri təqdim edərək müştərilərinə operativ və etibarlı çatdırılma imkanı yaradır.
“Milli Broker” isə gömrük-broker xidməti sahəsində fəaliyyət göstərir və idxal-ixrac əməliyyatlarının sürətli və problemsiz icrasını təmin edir. Şirkət bizneslərin gömrük proseslərini asanlaşdıraraq onların logistika əməliyyatlarını optimallaşdırmağa kömək edir.
Bu görüş çərçivəsində AKİAB üzvləri Abşeron Logistika Mərkəzinin bizneslər üçün yaratdığı üstünlükləri müzakirə edib, əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
AKİAB |© Bütün hüquqlar qorunur 2025