13.03.2025
AKİAB olaraq ofis ziyarətlərimizə davam edirik. Bu dəfəki ziyarətimiz "Consulting Group" MMC şirkətinə oldu.
"Consulting Group" MMC müraciət edən müştərilərə doğru və etibarlı məsləhətlər təqdim etmək, xidmətlərin keyfiyyətini və vaxtında təmin olunmasını təmin etmək məqsədilə peşəkar mütəxəssisləri bir araya gətirən bir müəssisədir.
Şirkət sadəcə hesabatların təqdim olunması ilə məşğul olan adi mühasibatlıq xidməti deyil. Mütəxəssisləri müştərilərin tələblərinə və ehtiyaclarına uyğun olaraq, ən qısa zamanda və hətta qeyri-adi situasiyalarda belə yüksək səviyyəli peşəkarlıqla xidmət göstərirlər.
Bir sözlə, mühasibatlıq, maliyyə, audit, məsləhət və təlim xidmətləri ən yüksək keyfiyyətdə təqdim olunur.
AKİAB |© Bütün hüquqlar qorunur 2025