11.03.2025
AKİAB partnyorları bu dəfə Next Akademiya ofisini ziyarət ediblər. Next Akademiya müxtəlif yaş qruplarına uyğun ingilis dili tədrisi sahəsində ixtisaslaşıb. Burada xüsusilə IELTS və TOEFL hazırlıq kursları, ümumi ingilis dili dərsləri və digər dil proqramları təklif olunur.
Next Akademiyanın məqsədi tələbələrin dil biliklərini inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmələrinə kömək etmək və onların akademik və iş həyatında uğur qazanmasını təmin etməkdir. Tədris prosesi həm fərdi, həm də qrup formatında təşkil olunur və tələbələrin ehtiyaclarına uyğun metodologiya tətbiq edilir.
AKİAB |© Bütün hüquqlar qorunur 2025