AKİAB və Bakı Mühəndislik Universiteti (BMU) arasında memorandum imzalanıb.

2023-06-19 2344

19.06.2023 tarixində AKİAB və Bakı Mühəndislik Universiteti (BMU) arasında memorandum imzalanıb. Universitet-sənaye əlaqələrinin genişləndirilməsi, elmi-texniki nailiyyətlərin sahibkarlığın inkişafına tətbiqi, o cümlədən tələbələrin istehsalat təcrübəsinin təşkili, məzunların işə cəlb edilməsi, iş adamlarının iştirakı ilə görüş və master-klasların keçirilməsi kimi mühüm istiqamətləri özündə ehtiva edən sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və AKİAB-ın direktoru Vəfadar Babayev imzalayıblar.
AKAİB-in nümayəndə heyəti ilə BMU-da keçirilən görüş çərçivəsində imzalanan sənədin əhəmiyyətindən danışan rektor Havar Məmmədov bu əməkdaşlığın uğurlu olacağına, səmərəli nəticələrin əldə ediləcəyinə inamını dilə gətirib.


Bir rəy bildirin...