20 üzvün iştirakı ilə baş tutan ziyarətimizdə B2B müzakirələr aparıldı, həmçinin istehsalat ilə yaxından tanışlıq baş tutdu.
Yeni və fərqli tərzdə qapıların istehsalı ilə məşğul olan, dürüstlük və keyfiyyət dəyərləri ilə çalışan partnyorumuz hər zaman sizin xidmətinizdədir.
AKİAB olaraq bu dəfə inşaat sahəsindəki partnyorlarımız ilə birlikdə "Xan Group" şirkətinin qonağı olduq. Ofis şəraitində baş tutan görüşdə qonağı olduğumuz "Xan Group" şirkətinin fəaliyyəti və xidmətləri ilə tanış olduq. Görüşdə həmçinin inşaat sektoru ilə bağlı bir sıra maraqlı mövzular müzakirə edildi. Görüş zamanı digər partnyorlarımız da öz işləri barədə qısa məlumatlarını bölüşdülər. Görüşdə iştirak edən iş adamlarına təşəkkürlərimizi bildirir, " Xan Group" şirkətinə işlərində uğur arzulayırıq!
Sahibkarlar arasında B2B tanışlıqlar və əlaqələr müzakirə edildi. "Hanoglu Baklava və Lokum" şirkətinin rəhbəri Xanoğlan Ramazanov və #YakupPugar ləziz türk paxlavaları və lokumlar haqqında məlumat verdilər. Məhsulların hazırlanması və keyfiyyəti barədə sahibkarları məlumatlandırdılar.
Ardınca şirkət rəhbərləri türk mətbəxinin incisi -lokum və baklavaların dadına baxdılar.
AKİAB sahibkarları ilə birlikdə partnyorumuz “Arbitro” hüquq şirkətinin ofisini ziyarət etdi. Görüş çərçivəsində B2B müzakirələrlə yanaşı şirkətlərin korporativ hüquqla bağlı rastlaşdıqları problemlər ilə bağlı müzakirələr aparıldı. “Arbitro” hüquq şirkətinin rəhbəri Nəcəf bəy, sahibkarların suallarını cavablandırdı.
Ofis ziyarətlərimiz davam edir. 27.12.2022 tarixində AKİAB olaraq partnyorumuz Selection Gallery - i tərəfdaşlarımızla birgə ziyarət etdik. Mağazanın təqdim etdiyi məhsullarla yaxından tanış olub, çay süfrəsində qarşılıqlı söhbət etdik.
09.01.2023 tarixində partnyorlarımızla birgə AKİAB plazanı ziyarət edib, təmir işləri ilə bağlı son vəziyyətlə yerində tanış olduq. Tezliklə istifadəyə veriləcək plazamızda siz də öz şəxsi ofisinizə sahib olaraq hər il artan icarə qiymətlərindən azad ola bilərsiniz.
12.01.2023 tarixində yeni ilin ilk ofis ziyarətini partnyorlarımızla birgə həyata keçirdik. UNİLEGAL Consulting şirkətində baş tutan ofis ziyarəti zamanı partnyorumuzun təklif etdiyi xidmətlərlə tanış olub, çay süfrəsinə əyləşdik.
Cardinal Optic şirkətinə ofis ziyarəti həyata keçirdik. Partnyorumuz premium xidmət və yüksək keyfiyyətli eynəkləri öz istifadəçilərinə təqdim edir. Eyni zamanda yerində gözünüzü müayinə etdirə bilərsiniz. Ziyarət zamanı partnyorlarımızla birgə çay süfrəsinə əyləşdik və eyni zamanda bizlər də gözümüzü müayinə etdirdik.
AKİAB tərəfdaşların hər biri bu xidmətdən bonusla yararlana bilər.
Kamiloğlu Mebel şirkətini ziyarət etdik. Kamiloğlu Mebel şirkəti ofis, otel və ixtisaslaşdırılmış mebellərin istehsalı və satışı ilə məşğuldur. Müasir avadanlıqlarla təchiz olunmuş istehsal müəssisədə ev, mətbəx, mebellərinin də istehsalı prosesi gedir.
Qeyd edək ki, Kamiloğlu Mebel şirkəti AKİAB partnoyrudur və AKİAB partnoyrları bu şirkətin xidmət və məhsullarından 8% chasback ilə yararlana bilərlər.
Əlaqə: 012 562 1014
AKİAB” bu dəfə “Granit AS Travel” və “Tudors”şirkətlərini ziyarət edib.
Granit AS Travel şirkəti Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən biri olub, hər il yüzlərlə turist və iş adamlarını xarici ölkələrə göndərir və qəbul edir. Tudors şirkəti dünyanın ən öndə gedən brendləri arasında xüsusi paya sahib olub, müxtəlif ölkələrdə mağaza şəbəkələri olan kişi geyimləri şirkətidir.
Qeyd edək ki, həm Granit AS Travel və Tudors şirkəti AKİAB partnoyrudur və AKİAB partnoyrları bu şirkətlərin xidmət və məhsullarından yararlana bilərlər.
AKİAB tez-tez tərəfdaş şirkətlərin ofislərinə ziyarət edir. Bu dəfə yolumuz AA Group şirkətinə idi.
Görüş partnyorumuz olan Baba Budans Coffee Shopda baş tutub. Görüş yeni tanışlıqlar, idea və layihələrin müzakirəsi ilə yadda qalıb.
AA Group nəqliyyat, istehsalat, inşaat sektoru və digər sahələrdə fəaliyyət göstərərək korporativ müştərilərə həll yolları təqdim edir. Baba Budan Coffee Shop isə damaq zövqünüzü oxşayacaq kofelərilə müştərilərini XVI əsrə aparır.
"AKİAB" bu dəfə özünün də media tərəfdaşı olan “Beylimedia” şirkətini ziyarət edib.
“Beylimedia” 2015-ci ildən fəaliyyət göstərən yayım, pr və media istehsalat agentliyi olub, hazırda 41 fərqli ölkədə PR və Tv yayım edir. Şirkət operativ xidmət, fərdi yanaşma və peşəkar komanda ilə həm özəl, həm də dövlət qurumlarının Qlobal Media Tərəfdaşı kimi fəaliyyət göstərir.
Qeyd edək ki, AKİAB partnoyrları bu şirkətlərin xidmətlərindən yararlana bilərlər.
“AKİAB”, partnyoru olan "Kovrolin.az" şirkətinə ofis ziyarəti təşkil edib.
"Kovrolin.az" şirkəti 2012-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələrinin idxalı və satışı üzrə müvəffəq fəaliyyəti ilə seçillir.
AKİAB partnyorları bu şirkətin xidmət və məhsullarından yararlana bilərlər.
Ziyarət çərçivəsində AKİAB idarə heyəti, 2003-cü ildən müasir tələblərə cavab verən müxtəlif çeşidli məhsullar və sərfəli xidmətlər təklif edən “Santral Elektrik” QSC-in iş fəaliyyətilə tanış olmuş, onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparmışlar.
“Tap Öyrən” şirkəti müəllimlərlə partnyorluq edərək videokursların çəkilişi, montajı və istifadəçilərə vebsaytların hazırlanmasını təklif edir. Hazırda ACCA, CFA, DipİFR, İnsan Resursları və s. sahələrindən 70-ə qədər kursla çalışır.
AKIAB partnyoru olan "Logi Group" şirkətini ofis ziyarətinə gedib.
"Logi Group" İT autsorsinq şirkəti olub, serverlərin, şəbəkələrin və təhlükəsizlik sistemlərinin qurulması xidməti göstərir.
AKİAB partnyorları bu şirkətin xidmətlərindən yararlana bilərlər.
Ziyarət çərçivəsində AKİAB idarə heyəti avtomobil ehtiyat hissələrinin, akkumulyatorların və mühərrik yağlarının satışı və servisi xidmətini həyata keçirən “İndikator Avto” fəaliyyətilə tanış olmuş, onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparmışdır.
Stella Mobilya-Azərbaycanda fəaliyyət göstərən mebel şirkəti olub, dünya mebel trendlərini əks etdirən orijinal kolleksiyaları ilə hər zaman ölkəmizdə müştərilərin diqqətini çəkir.
AKİAB partnoyrları mebel sənayesində innovativ dəst-xətti olan bu şirkətin xidmətlərindən 5% bonusla yararlana bilərlər.
Orvita-ölkəmizdə 2017-ci ildən etibarən fəaliyyət göstərən psixoloji mərkəzdir. Əsasən duyğu bütünləmə, loqopedik, müalicəvi idman və s. kimi seanslar təşkil edir. Eyni zamanda mərkəz autizm spektr pozuntulu, daun sindromlu, serebral iflic, psixi inkişaf ləngiməsi olan uşaqlarla işləyir.