İşgüzar Səfərlər

2024-05-17 / 1

“Panda Boyaları” Sərgi-Satış mağazanın açılışı olub.


Açılış zamanı qonaqlar şirkətin istehsal etdiyi müxtəlif markaların məhsulları ilə tanış olublar. “MURADLI M” MMC-nin icraçı direktoru Tural Mirzəyev mağazanın məhsulları haqqında məlumat verib. Daha sonra KOBSKA idarə heyətinin sədri Nigar Ələsgərova və AKİAB-ın həmtəsisçisi Şirin Şərifov şirkətin fəaliyyətlərinə uğurlar arzu ediblər. Lent kəsildikdən sonra qonaqlar mağaza məshullarına baxış keçiriblər.
AKİAB komandası olaraq partnyorumuz Tural Mirzəyevə uğurlar arzu edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-01 / 1

AKİAB partnyorları “Həm Ziyarət, Həm Ticarət” səfərində!


Şəki rayonuna olan səfərimizin ikinci günü partnyorlarımız günə səhər yeməyi ilə başlayıb və daha sonra parkur oyunları oynadılar. Əyləncəli şəlalə turundan daha sonra asma körpüdə də marağlı zaman keçirdilər.
Həm Ziyarət, Həm Ticarət” səfərimizin partnorlarımız üçün yadda qalan oldu.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-04-30 / 1

AKİAB partnyorları “Həm Ziyarət, Həm Ticarət” səfərində!


Şəki rayonuna olan ilk səfərimiz zamanı partnyorlarımız “Şəki Yaylası” hotelində ailə üzvləri ilə birlikdə əyləncəli və enerji dolu zaman keçirdilər. Günün ikinci yarısından etibarən atraksiyonlarda əyləndilər, komanda oyunları oynadılar və açıq havada film izlədilər.
Bizimlə birgə keçirdiyiniz möhtəşəm anların unudulmayacağına əminik!
Səfərimizi necə dəyərləndirirsiniz?
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-04-27 / 1

Partnyorlarımız “Şəki Agro” suvarma sistemlərinin açılışında!


Həm Ziyarət, Həm Ticarət səfərimiz zamanı partnyorlarımız “Şəki Agro” suvarma sistemləri mağazasının açılışında iştirak etdilər. Sheki Agro Suvarma Sistemləri suvarma sistemlərinin mağazasında damcı suvarma sistemlərinin quraşdırılması mümkündü. Damcı suvarma sisteminin üstünlükləri aşağıdakılardır:
• Suya qənaət
• ⁠İş saatının azaldılması
• Əkin ərazisinin çox islanmaması
• ⁠Yüksək məhsuldarlığ
“Şəki Agro” suvarma sistemləri sahə istər böyük, istərsə də kiçik olduqda işin həcmindən asılı olmayaraq öz müştərilərinin xidmətindədir.
Partnyorumuz Xanoğlan bəyə yeni işlərində uğurlar arzu edirik!

2024-04-01 / 1

Partnyorlarımız ilə birgə “Hazel”-də çay süfrəsi ətrafında toplaşdıq!


“Hazel”-in rəhbəri Sakit bəyə və komandasına bizi qonaq etdiyi üçün təşəkkür edirik!
Qeyd edək ki, “Hazel” yüksək keyfiyyətli Belçika şokoladlarından istifadə edərək, çox çeşidli, hər zövqə uyğun şokolad, quru meyvələr, qəhvə və.s məmulatları hazırlayır.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-03-30 / 1

Partnyorlarımız ilə birgə “Hanoğlu Baklava”-da çay süfrəsi ətrafında toplaşdıq!


“Hanoğlu Baklava”-nın təsisçi və direktoru Xanoğlan bəyə və komandasına bizi qonaq etdiyi üçün təşəkkürümüzü bildiririk.
“Hanoglu Baklava”-da 30-dan çox paxlava çeşidi (südlü paxlava, şərbətli paxlava, qaymaqlı paxlava, fıstıqlı və qozlu paxlava), su börəyi, sütlaç, qazandibi, kadayıf, qabıqlı antep fıstığı, batom və dökmə lokum çeşitləri ilə qəhvə, şokaladlar və drajelər var.

2024-03-12 / 1

Quba rayonunda ilk region nümayəndliyimizin açılışı oldu!


“Quba Arena Gold” hoteldə partnyorlarımız və Quba sahibkarlarının birgə iştirakı ilə şimal nümayəndəliyimizin açılış mərasimi baş tutdu. Region sahibkarlarının inteqrasiya və inkişafa olan ehtiyaclarını müəyyən edərək bu boşluğu doldurmaq üçün Quba rayonunda nümayəndəlik açmaq qərarı aldıq.
Məqsədimiz regiondakı sahibkarlar ilə Bakı şəhərində olan sahibkarların əlaqələrini gücləndirmək, onlara da faydalı olmaqdır.
Quba nümayəndəliyimizin rəhbəri “Nuray Consulting” şirkətinin rəhbəri Hümmət Əliyevdir.
Hümmət bəyin rəhbərliyi ilə ilk filialımıza fəalliyyətində uğurlar arzu edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-03-09 / 1

AKİAB "Baki Mühəndislik Universitetin"də keçirilən "Karyera brendini yarat" adlı tədbirində!


AKİAB və Bakı Mühəndislik Universitetin birgə təşkil etdiyi bu görüşdə, AKİAB-ın direktoru Vəfadar Babayev, “Rafa Group” MMC-nin təsisçisi Zaur Vəliyev, “Destec Group” MMC-nin rəhbəri Sakit Səmədov, “Lovely Dent” stomatoloji estetik klinikanın təsisçisi Xəyal Səmədov və digərləri şəxsi təcrübə əsasında iş dünyasında uğurlu olmağın sirləri ilə bağlı çıxış ediblər. Çıxışlarda hədəflərin müəyyənləşdirilməsi, məqsədin reallaşdırılması, ideyanın biznesə çevrilməsi və marka kimi tanıdılması, karyeraya gedən yolda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, komanda formalaşdırlması kimi məsələlərə toxunulub. Həmçinin iş həyatında rast gəlinən çətinliklərin dəf edilməsi, sahibkarlıq bacarıqlarının inkişafı, biznes strategiyalarının düzgün qurulması ilə əlaqədar tələbələrə tövsiyələr verilib.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-03-08 / 1

AKİAB Türkiyə iş adamları ilə görüşdə!


AKİAB və partnyorları Türkiyə iş adamları ilə görüş keçirib. AKİAB ofisində baş tutan görüşdə iştirak edən şirkətlərin təqdimatı haqqında müzakirələr aparılıb. Daha sonra B2B görüşü baş tutdu. Görüşdə ixrac və biznes fürsətləri haqqında müzakirələr aparılıb.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-03-01 / 1

AKİAB partnyorları "AKİAB MEŞƏSİ" ziyarətində!


Partnyorlarımız ötən il “Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salmışdılar. Bu dəfəki ziyarətdə isə partnyorlarımız "AKİAB MEŞƏSİ"də gəzinti edib ağacların son vəziyyəti ilə yaxından tanış oldular. Ziyarət əsnasında növbəti "Yaşıl Azərbaycan" aksiyası haqqında müzakirələr olundu.
Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-01-29 / 1

AKİAB partnyorları "EDU Zirvə" tədris mərkəzini ziyarət ediblər!


Görüş zamanı "EDU Zirvə" tədris mərkəzinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, "EDU Zirvə" tədris mərkəzi ən son standartlara cavab verən hazırlıq müəssisəsidir. Burada ibtidai sinif hazırlığı, abituriyent hazırlığı, bilik yarışları və s. həyata keçirilir.
AKİAB olaraq "EDU Zirvə"yə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2023-12-08 / 1

AKİAB-ın "Polşaya biznes səfəri" çərçivəsində ilk günü!

AKİAB "Polşaya biznes səfəri" çərçivəsində birinci günündə Opole şəhərində olan şirkətləri ziyarət edib. Səfər çərçivəsində dünyanın ən böyük pəncərə istehsalçısı olan "Eko Okna" və "Classen" şirkətləri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Polşanın inkişaf edən iqtisadiyyatı və biznes dünyasındakı dəyişikliklər haqqında müzakirələr aparılıb. Daha sonra isə istehsal prosesi ilə tanışlıq olub.
Bu səfər hər iki ölkənin iş adamlarının arasında ticari münasibətlərin inkişaf etməsi üçün fürsət oldu.

2023-12-02 / 1

AKİAB Özbəkistan iş adamları ilə görüşdə!


AKİAB və partnyorları Özbəkistan iş adamları və dövlət nümayəndələri ilə görüş keçirib. AKİAB ofisində baş tutan görüşdə Azərbaycanda açılacaq Özbəkistan evinin və iştirak edən şirkətlərin təqdimatı haqqında müzakirələr aparılıb. Daha sonra B2B görüşü baş tutdu. Görüşdə ixrac və biznes fürsətləri haqqında müzakirələr aparılıb.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2023-11-16 / 1

AKİAB-ın “Özbəkistana biznes səfəri” çərçivəsində ikinci günü!

Biznes səfərinin ikinci günündə Özbəkistanın "UZPROMSTROYMATERİAL Assosasiyası ilə görüş təşkil edilmiş həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Özbəkistanın Azərbaycanda Ticarət evinin qurulması haqqında müzakirələr aparılmışdır. Daha sonra AKİAB parnyorları və Özbəkistanın bir sıra tikinti şirkətlərilə arasında B2B görüşləri baş tutub.
Sonda Özbəkistanın mötəbər və zəngin mətbəxi ilə tanış olmaq üçün unikal bir imkan yaradılıb. Günün sonunda, dostluq və tərəfdaşlıq ruhu ilə dolu bir ziyafət təşkil olunub.
Qısa zaman ərzində Özbəkistanın Azərbaycanda ticarət evinin qurulması, iki ölkə arasında ticari münasibətlərin inkişaf etdirilməsi və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən strateji bir addım olacaq.

2023-10-06 / 1

“AKİAB” və "Facemark” arasında əlaqələri genişləndirmək məqsədilə memorandum imzalanıb.

@_facemark iqtisadiyyat xəbərləri agentliyi olaraq fəaliyyət göstərir. Sayt yerli və xarici iqtisadiyyat xəbərləri, biznesin müxtəlif sektorlarına dair ümumi və analitik xəbərlər, marketinq və satış sferasının gündəlik yenilənən məlumatları və texnoloji yenilikləri operativ olaraq yayımlayır.
İmzalanan memorandumun şərtləri hər iki tərəf üçün qənaətbəxş olub, tərəfdaş sahibkarlarımızın özünü təkmilləşdirməyi üçün də yaxşı fürsətdir. 👍

2023-09-23 / 1

AKİAB partnyorları ilə Özbək səfəri toplantısında!

AKİAB ofisində baş tutan görüşdə Özbəkistana ixrac və biznes fürsətləri haqqında müzakirələr aparıldı.
Greenstream şirkətinin rəhbəri Ramin Şərifov və Vitam şirkətinin rəhbəri Tehran Əliyev bu görüşdə AKİAB partnyorları ilə mövzu üzrə öz təcrübələrini bölüşüb və Özbəkistanda biznesə dair məsələləri müzakirə ediblər.

2023-09-14 / 1

Kuryer və daşıma fəaliyyəti üzrə fəaliyyət göstərən subyektlərlə görüş!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov daşıma şirkətlərinin nümayəndələri və kuryerlərlə görüşüb.
Görüşdə AKIAB idarə həyəti sədri Şirin Şərifov və sahə üzrə fəaliyyət göstərən AKIAB partnyorları da iştirak edərək öz təkliflərini verib.

2023-08-25 / 1

AKİAB partnyorları "Mental Kids Baku"un açılışanda iştirak etdi!

AKİAB partnyorları "Mental Kids Baku"un açılışanda iştirak etdi!
19.08.2023 tarixində partnyorumuz "Mental Kids Baku" tədris və inkişaf mərkəzinin açılışı baş tutmuşdur. Partnyorlarımız açılış zamanı "Mental Kids Baku"nun fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Qeyd edək ki, "Mental Kids Baku" bağça və dayə xidmətləri, erkən inkişaf proqramı, ingilis və rus dili, gimnastika və.s kimi kursları tədris edir.
AKİAB olaraq "Mental Kids Baku"ya uğurlar arzulayırıq!

2023-08-10 / 1

ROTARY ilə memorandum imzaladıq!

“AKİAB” və "Bakı Xəzər Rotary Klub” arasında əlaqələri genişləndirmək məqsədilə memorandum imzalanıb.
"Bakı Xəzər Rotary Klub" qeyri-kommersiya təşkilatı olaraq biznes əlaqələri, sosial, humanitar, mədəni, təhsil, təbii ehtiyatların qorunması, və.s sahələrdə fəaliyyət göstərərək cəmiyyətin inkişafına təkan verirlər. Klubun əsas məqsədi ictimai problemlərə həll tapmaq, cəmiyyətin və biznes əlaqələrinin inkişafına töhvə verməkdir.
İmzalanan memorandumun şərtləri hər iki tərəf üçün qənaətbəxş olub, tərəfdaş sahibkarlarımızın özünü təkmilləşdirməyi üçün də yaxşı fürsətdir.

2023-07-20 / 1

AKİAB partnyorları Bilişim Vadisini ziyarət edib!

AKİAB və partnyorları İstanbulda keçirilən “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində iştirakından sonra Gebzede fəaliyyət göstərən Bilişim Vadisini ziyarət ediblər. Ziyarət zamanı Bilişim Vadisi öz fəaliyyətləri ilə bağlı ziyarətçilərə ətraflı məlumatlar vermişdir.

2023-07-18 / 1

AKİAB partnyorları Zirvələrdə!

AKİAB və partnyorları İstanbulda keçirilən “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində iştirak edib.
MÜSİAD və KOBSKA-nın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunan forumda hər iki ölkədən iş dünyasının önəmli iş insanları və səlahiyyətli şəxslər iştirak edib.
Tədbir çərçivəsində keçirilən sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.
AKİAB gələcəkdə də partnyorlarının beynəlxalq iş əlaqələrinin genişlənməsinə dəstək verməyə davam edəcək!

2023-07-03 / 1

AKİAB partnyorları "Başkent Restoran"ının Yasamal filialının açılışında iştirak etdi!

09.06.2023 tarixində partnyorumuz "Başkent Restoran"ının Yasamal filialının açılışı baş tutmuşdur. Tədbir zamanı restoran rəhbəri qonaqları salamladıqdan sonra təamların nümayişi baş tutmuşdur. Əyləncə dolu keçən açılışda 20-dən çox şirkət nümayəndələri iştirak etmişdir.
AKİAB olaraq "Başkent Restoran"ına uğurlar arzulayırıq!

2023-06-19 / 1

AKİAB və Bakı Mühəndislik Universiteti (BMU) arasında memorandum imzalanıb.

19.06.2023 tarixində AKİAB və Bakı Mühəndislik Universiteti (BMU) arasında memorandum imzalanıb. Universitet-sənaye əlaqələrinin genişləndirilməsi, elmi-texniki nailiyyətlərin sahibkarlığın inkişafına tətbiqi, o cümlədən tələbələrin istehsalat təcrübəsinin təşkili, məzunların işə cəlb edilməsi, iş adamlarının iştirakı ilə görüş və master-klasların keçirilməsi kimi mühüm istiqamətləri özündə ehtiva edən sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və AKİAB-ın direktoru Vəfadar Babayev imzalayıblar.
AKAİB-in nümayəndə heyəti ilə BMU-da keçirilən görüş çərçivəsində imzalanan sənədin əhəmiyyətindən danışan rektor Havar Məmmədov bu əməkdaşlığın uğurlu olacağına, səmərəli nəticələrin əldə ediləcəyinə inamını dilə gətirib.

2023-06-17 / 1

AKİAB partnyorları "Corian Baku"nun yeni showroom-un açılışında iştirak etdi!

14.06.2023 tarixində partnyorumuz "Corian Baku"nun yeni showroom-da Deante Avropa markasının tanıtımı baş tutmuşdur. 30-dan çox şirkətin iştirak etdiyi tədbir zamanı "Corian Baku"nun rəhbəri-Vüsal Musayev qonaqları salamladıqdan sonra fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, məhsul nümayişi baş tutmuşdur.
AKİAB olaraq "Corian Baku"ya uğurlar arzulayırıq!

2023-06-15 / 1

50 nəfərdən çox Türkiyəli İş Adamları ilə görüş baş tutub.

Azərbaycanda səfərdə olan Ünye Ticarət və Sənaye Palatasının rəhbərlik etdiyi iş adamları üçün “Bakı KOB evi”ndə təqdimat təşkil olunub. AKİAB-ın da iştirak etdiyi təqdimatda KOBİA-nın fəaliyyətinə, KOB-lara göstərilən dəstək və xidmətlərə, o cümlədən Agentliyin yerli və xarici iş adamlarının əlaqələndirilməsi, sahibkarların birgə təşəbbüslərinin reallaşdırılmasına dəstəyi barədə məlumat verilib. Tədbir çərçivəsində həmçinin, Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

2023-06-15 / 1

Dövlət rəsimləri İBF 2023-ü ziyarət edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Şəhər və Yasamal Rayon icra hakimiyyətlərinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) təşkilatçılığı ilə Hüseyn Cavid Parkında keçirilən Beynəlxalq Biznes Festivalı davam edir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sərgidə nümayiş olunan məhsul və xidmətlərlə tanış olublar.

2023-05-09 / 1

“Bakı Marafonu 2023"də AKİAB partnyorları iştirak etdi!

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2023" AKİAB partnyorları üçün yadda qalan olub. Partnyorlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və AKİAB-ın təşkil etdiyi stendlər vasitəsilə öz xidmətlərini təqdim etmişdir.
İştirak edən hər bir şirkətə təşəkkür edirik!

2023-05-09 / 1

AKİAB partnyorları "Arenol Group"un zavod açılışanda iştirak etdi!

29.04.2023 tarixində partnyorumuz "Arenol Group"un zavod açılışı baş tutmuşdur. 30-dan çox şirkətin iştirak etdiyi tədbir zamanı "Arenol Group"un rəhbəri qonaqları salamladıqdan sonra fəaliyyət istiqamətləri haqqında məlumat vermişdir.
AKİAB olaraq "Arenol Group"a uğurlar arzulayırıq!

2023-03-24 / 1

Həm ziyarət, həm ticarət

Partnyorları ilə hər zaman biznesdə yan-yana olan AKİAB, bu dəfə Astaraya yol alaraq uzun yol dostu oldu.
Bu dəfə baş tutmuş səfərimiz müxtəlif oyunlar, partnyorumuz Tehran Əliyevin təqdimatında təlim, mafia oyunu və əyləncəli anlar ilə yadda qaldı.
Təşkil etdiyimiz "Həm ziyarət, həm ticarət" gəzintisindən yaddaqalan anları sizlərlə bölüşürük.

2023-03-23 / 1

"HƏM ZİYARƏT, HƏM TİCARƏT" ASTARA

AKİAB bu səfər öz partnyorları ilə Astaraya səfər edib. #Həmziyarəthəmticarət səfəri çərçivəsində Maricel Hoteldə səfərin ilk günü B2B görüş və "By Mübariz" restoranının təsisçisi, ləzzət ovçusu Mübariz Vəliyevin təqdimatında seminarla və Maricel Hotelin təqdimatı ilə başlayıb. Daha sonra Mafia oyunu ilə davam edən gün, əyləncəli və həyəcanlı anlarla yadda qalıb 😉

2023-03-03 / 1

“Həm ziyarət, həm ticarət”

“Həm ziyarət, həm ticarət” səfəri çərçivəsində sahibkarlararası əlaqələrin möhkəmlənməsi xarakterilə müxtəlif oyunlar təşkil olunmuşdur.
“Outsite.az”-ın təqdimatında Team building oyunları keçirilmiş, oyunda komandalar həm fiziki, həm də zehni çeviklik baxımdan mübarizə aparmışdır. Əyləncəli keçən oyunlar "Kişilər" komandasının qələbəsi ilə başa çatmışdır.

2023-02-08 / 1

Artıq AKİAB-ın da "Startap şəhadətnaməsi" var!

Ötən gün Kob Evinin direktoru Zaur Qasımovun dəvətilə Akiabın idarə heyəti "Kob Evi"nə qonaq olmuş, mərkəzin ümumi iş prinsipi, plan və gələcək perspektivlərilə tanış olmuşdur. AKİAB bu görüşdə KOBİA-nın sədr müavini Hikmət Məmmədovun təqdimatı ilə startap şəhadətnaməsi əldə etmişdir.
Qeyd edək ki, şəhadətnaməni aldıqları tarixdən etibarən AKİAB innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

2023-01-25 / 1

Sərbəst vasitələrinizi işlək biznesə yatırım edin!

AKİAB bu dəfə də sahibkarları sevindirəcək görüş keçirdi.
AKİAB və KOBSKA sərbəst vəsaitlərini işlək bizneslərə yatırım etmək istəyənlərə dəstək olmaq üçün bir masa ətrafında əyləşdi. Görüşdə iştirak edən sahibkarlar arasında gələcək prespektivlər yüksək ideyaların təqdim edildiyi layihələr ətrafında müzakirələr aparıldı.

2022-12-24 / 1

“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.

“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.
“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salınıb.
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi (DMA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA strateji tərəfdaşlığı, AKİAB, AgroPlatform, və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) birgə təşkilatçılığı ilə baş tutan ağacəkmə kompaniyası çərçivəsində 3000-ə yaxın pavlovniya ağacı əkilib.
23 dekabr tarixində rəsmi şəxslərin və 50-dən çox sahibkar və iş adamının iştirakı ilə salınmış meşə zolağında simvolik ağacəkmə mərasimi keçirilib.
Mərasimdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cavadov Rüfət və bir sıra qurumların rəhbər şəxsləri, sahibkarlar iştirak ediblər.
AKİAB rəhbəri Şirin Şərifovun sözlərinə görə sahibkarların dəstəyilə salınmış meşə zolağı ölkə başçısı cənab Ilham Aliyevin doğum gününə həsr olunub.
Agro Paltform MMC-nin rəhbəri Elnur İslamovun sözlərinə görə isə “Yaşıl Azərbaycan” layihəsi növbəti illərdə də davam edəcək və daha çox sahibkarın, dövlət qurumlarının cəlb edilməsi ilə geniş meşə zolaqları salınacaqdır.
Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.

2022-11-28 / 1

AKİAB-ın tərəfdaş olduğu "Qadın Sahibkarlara Yaşıl İşıq" V forumu

23 noyabr 2022-ci ildə Bakı Konqress Mərkəzində tərəfdaşı olduğumuz "Üfiqdə yeni fürsətlər, qadın sahibkarlara yaşıl işıq" V forumu baş tutmuşdur.
Forumda müxtəlif dövlət rəsmiləri, o cümlədən 500-dən çox sahibkar iştirak etmişdir.

2022-11-21 / 1

ADNSU-da Sahibkarlarla görüşdə AKİAB olaraq iştirak etdik.

Mustafa Babanlının dəvəti ilə ADNSU-da keçirilən sahibkarlarla görüşdə AKİAB olaraq iştirak etdik. Görüşdə rektor, professor Mustafa Babanlı elmin inkişafı ilə yanaşı, universitetdə ixtisaslı və savadlı, o cümlədən müasir bazar iqtisadiyyatına uyğun hazırlıqlı kadrların yetişməsinin hər zaman diqqətdə saxlandığını bildirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edilib və eyni zamanda bu gün sahibkarlar üçün necə mütəxəssislərin vacibliyi barədə rektora məlumat verilib.

2022-10-29 / 1

Həm ziyarət, həm ticarət

Partnyorları ilə hər zaman biznesdə yan-yana olan AKİAB, bu dəfə Lənkərana yol alaraq uzun yol dostu oldu.Partnyorlarımız gəzintinin ilk günü Təbriz Hacinskinin "Gizli və aşkar idarəetmə" mövzusunda olan təlimdə, həmçinin şam yeməyində iştirak etdilər. Daha sonra isə "Mafia" oyunu oynaraq əyləncəli anlar yaşadılar.Təşkil etdiyimiz "Həm ziyarət, həm ticarət" gəzintisindən yaddaqalan anları sizlər ilə bölüşürük.

2022-03-14 / 1

AKİAB tərəfindən biznes düşərgəsi təşkil edildi.

AKİAB MMC 14 Mart 2022 tarixində "Customer Chain" layihəsi əsasında partnyorları arasında "Astara Maricel" otelində Businesscamp təşkil etmişdir. Rəsmi hissədən olan görüntüləri sizə təqdim edirik.Businesscamp-ın rəsmi hissəsində 30 şirkətin nümayəndələri iştirak etmişdir. İştirakçı şirkətlər Maricel otelin yeni tikiləcək və təmirdə olan binalarında fəaliyyət sahələrinə uyğun iş imkanları əldə etdilər.