Haqqımızda

AKİAB MMC

2021-ci ildən fəaliyyət göstərən AKİAB-ın məqsədi Azərbaycanda Korporativ İdarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılaşdırılmasına səylərin artırılması, iş adamları arasında korporativ birliyin möhkəmləndirilməsini qorumaq və inkişaf etdirməkdir. 400-ə yaxın partnyoru olan və günü-gündən əhatə dairəsi genişlənən AKİAB son dövrdə korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq , təlimlərin, birgə görüşlərin, diskussiyaların, saytlarda və sosial şəbəkələrdə müzakirələrin, TV verilişlərin təşkili, iş adamları üçün məlumatlandırma, korporativ idarəetmə sahəsində maarifləndirmə və digər məsələlər üçün geniş imkanlar yaradıb.

Missiya

Prinsiplərimizə sadiq qalaraq üzvlərimizin sayını artırmaq, üzvlərimiz arasında əməkdaşlığı davamlı olaraq inkişaf etdirmək və birliyin yaratdığı harmoniyanı ölkənin inkişafı üçün istifadə etmək.

Viziya

Üzvlərimizin davamlı inkişafını dəstəkləyərək iş dünyasındas güclü yer almalarına dəstək olmaq.

Dəyərlər

Qarşılıqlı fayda, Davamlı inkişaf, Səmərəlilik, Ədalətli bölüşmə, Düzgünlük.