Elanlar

AKİAB Akademiya sahibkarlar üçün təlimlərə davam edir!


Azərbaycanın yeganə süni intellekt üzrə eksperti Dos. Dr. Nicat Əliyevin 30 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "Süni intellekt ve data analitikanin biznesdəki rolu" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi, süni intellekt və data analitikanın biznesdəki rolu barədə aydın anlayış yaratmaq və bu texnologiyaların iş strategiyasına necə inteqrasiya ediləcəyi haqqında məsləhətlər təqdim etməkdir.
Bir çox yerli ve beynəlxalq şirkətə süni intellekt və data analitika üzrə konsultasiya və data analitika təlimi vermiş Dos. Dr. Nicat Əliyev Almaniyanın nüfuzlu “Max Planck” institutunda qonaq tədqiqatçı, Türkiyənin “Sabahattin Zaim” universitetində müəllim, tədqiqatçı və riyaziyyat mərkəzinin rəhbəri, 2021- ci ildən indiyə kimi Çexiyanın “Karlova” universiteti daha sonra Çex Texniki universitetlərində tədqiqatçı, Amerikanın Careerera təhsil şirkətində data science, data analiz və Python proqramlaşdırma müəllimi kimi fəaliyyət göstərir.

27 sentyabr - Anım günü.


Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət, ehtiram və qürurla yad edirik.
Sizi unutmarıq, unutdurmarıq!

AKİAB Akademiya sahibkarlar üçün təlimlərə davam edir!


10 illik satış təlimləri təcrübəsi və 2007-ci ildən peşəkar satışla məşğul olan Sarvan Aslanovun 23 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "Satışda qiymət danışıqları" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi satış prosesində qiymət müzakirələrinin effektivliyini artırmaq və müştəri tərəfindən təklif edilən qiymətləri müvafiq şəkildə qiymətləndirmək üçün əhəmiyyətli təcrübələr paylaşmaqdır.
Azərbaycanın aparıcı inşaat materialları istehsalçıları olan Azenco ASC, STP MMC, AKKORD SENAYE INVESTISIYA ASC-də satış mütəxəssisi, Sinergy Holding AAC MMC-ə daxil olan Gobustone şirkətində korporativ satışlar üzrə aparıcı mütəxəssisi, Aliyans Tekstil şirkətinin satış direktoru və Gobustone şirkətinin Satış Departamentinin Direktoru vəzifələrində çalışmış Sarvan Aslanov, hal-hazırda Başak Supply şirkətinin Direktoru vəzifəsində çalışır.
#AKİAB #biznestəlim #satgroup #işadamları #təlimlər #sahibkarlar #sarvanaslanov

Aldığınız hər dərəcə ilə sahibkar olmağa bir addım daha atmış olacaqsınız..😍


AKİAB- Azərbaycan Korparativ İş Adamları Birliyi biznes inkişaf platformasıdır.
-Gənc AKİAB gələcəkdə sahibkar olmaq istəyən gənclərin sahibkar kimi inkişafını təmin edən layihədir.
Daha çox məlumat üçün izləmədə qal🥳

🔊Gənclərin nəzərinə..


Öz şəxsi biznesini qurmaq istəyən gənclər üçün ən əlverişli, faydalı mühit ilə sizin üçün gəlirik 😍
Haradan başlayacağını bilmirsənsə, bizi izlə⬇️
Gənc AKİAB #gencakiab

AKİAB Akademiya sahibkarlar üçün təlimlərə davam edir!

Bu dəfə tam fərqli təlim və təlimçi ilə sizlərin qarşınızdayıq.
Vergi konsultantı və vergi uçotu üzrə təlimçi Teymur İslamlının təqdimatında baş tutacaq "Vergi yoxlamalarında 5 vacib məqam" adlı təlimdə hər birinizi gözləyirik.
Karyerası boyunca xeyli sayda vergi auditi həyata keçirən Teymur İslamlı operativ vergi nəzarəti şöbəsi, topdan və pərakəndə ticarət sahələri üzrə audit şöbələri, vergi öhdəliklərinin icrasına nəzarət, bəyannamələr və iri vergi ödəyicilərinin auditi şöbələri və ən əsası “Good Finance” MMC-nin vergilər üzrə meneceri vəzifəsində çalışıb.

Acun Ilıcalı - "Peki ben nasıl başardım?!"

Unudulmaz təcrübələri və uğur hekayələri ilə dolu Acun Ilıcalı karyerasının gizli sirlərini anlatmaq üçün Bakıda! "Peki ben nasıl başardım?!" başlıqlı görüşü ilə sevənlərinin qarşısına çıxacaq Acun Ilıcalı, uğur əldə etmənin yolları və şəxsi inkişaf mövzularında çıxış edəcək.
İndi "AKİAB10" promo kodu ilə endirimli biletləri əldə etmək fürsətini qaçırmayın!
Excevent və Beylimedia şirkətinin təşkilatçılığı ilə bol motivasiya alacağınız görüş, 22 oktyabr saat 19:30-da Bakı Konqres Mərkəzində baş tutacaq.

AKİAB Akademiyası iş dünyasında mükəmməlliyi hədəfləyən sahibkarlar üçün unikal təlimlərinə davam edir!

İş dünyasında biznes doktor kimi tanınan Cəlal Nağıyevin 9 sentyabr saat 10:00-da AKİAB ofisində sahibkarlar üçün "İdarə etmə hesabatları" adlı təlimi baş tutacaq. Təlimin əsas məqsədi idarə etmə hesabatlarının siz sahibkarlar üçün nə qədər vacib olduğunu və bu hesabatların uğurunuza gedən yolda sizi daha da gücləndirə biləcəyini işıqlandırmaqdır.
Cəlal Nağıyev 20000-dən çox biznes təhlil və yüzdən çox biznes idarə etmişdir. 800-dən çox kredit mütəxəssisinə təlim vermiş, həm Azərbaycanda, həm də Rusiyada layihələrin həyata keçirildiyi biznes planları hazırlamışdır.

"Formula Bussines (Formula B)" üzrə AKİAB Qran-prisi növbəti dəfə baş tutacaq!

"Formula Bussines (Formula B)" üzrə AKİAB Qran-prisi növbəti dəfə baş tutacaq!
Hər birinizi 26 avqust 2023-ci il saat 19:00-da AKİAB-ın təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək olan "Formula Business(Formula B)" kartinq yarşında aramızda görmək istəyərik! "Formula B" yarışları təkcə sürəti deyil, həm də strategiya və taktikanı əhatə edən möhtəşəm şou təqdim edir. 3-cü dəfə küçiriləcək bu unudulmaz yarışda iştirak edərək arzularınızı gerçəkləşdirin. Əfsanəvi yarışın bir hissəsi ola bilmək üçün üzvlərimizi yarışa qoşulmağa və bu sürətdən həzz almağa dəvət edirik! 🔥 Qeydiyyat linki Kartinq məkan: Baku City Karting. Ünvan: Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15

Avropaya ixrac

AKİAB Azərbaycan şirkətləri üçün Avropaya ixrac imkanları yaradır. Əgər siz də Avropaya ixrac etmək istəyirsinizsə aşağıdakı linkdən qeydiyyatdan keçərək ətraflı məlumat əldə edə bilərsiz.
Linkə Keçid

Şirkətinizin inkişafı üçün əla fürsət!

AKİAB-ın da təşkilatı dəstəyi ilə keçiriləcək "IBF-2023" biznes sərgisində siz də şirkətinizi təmsil edə bilərsiniz.
Sərgidə inşaat, aqro-qida və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcək. Tədbirin məqsədi ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtması, habelə B2B, B2C və B2G fürsətlərdən yararlanma imkanının təmin edilməsidir.
AKİAB partnyorları üçün xüsusi güzəştlərin olacağı sərgidə iştirak +994 99 899 66 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yenə və yenidən!📢

Unudulmaz təlim sessiyaları, müxtəlif sahədən olan sahibkarlarla B2B görüşləri, partnyorlarası şəbəkələşməni genişləndirmək üçün team buildinglər, müxtəlif mafia oyunları ilə yadda qalan “Həm ziyarət, həm ticarət” səfərimiz çoxsayılı istəklər nəzərə alınaraq yenidən təşkil olunur.
📆: 17-19 Mart
📍: Maricel Hotel Astara
📌 Qeydiyyat üçün link:
https://forms.gle/eZd53ySUuzFsFFdq7

Yenidən səfərimiz var 🤩

Bu dəfə yolumuz Quba rayonunadır. Səfər, yeni münasibətlərin qurulması, bol əyləncə, təlimlər, komanda oyunları və biznes əlaqələrinin möhkəmlənməsi məqsədi daşıyır. Rafiq Hunaltay -ın təqdimatında təlim, Outsite.az -ın təqdimatında komanda oyunları ilə daha maraqlı olacaq. Səfər zamanı Qubada fəaliyyət göstərən yerli sahibkarlarla B2B görüş nəzərdə tutulub 🤝
İştirak etmək və qeydiyyatdan keçmək üçün link: 👇
https://forms.gle/cWTAedvhqZUe56Y99

Agro Business Forum Azerbaijan–2023

16-17 fevral tarixlərində Bakıda Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA), AGRO BUSINESS-in və AGRO TV Azərbaycanın təşkilatçılığı ilə 8 ölkədən nümayəndələrin qatılacağı “Agro Business Forum Azerbaijan–2023” forum-sərgi keçiriləcək.
Türkiyənin 40-a yaxın aparıcı şirkətlərin öz məhsullarını və xidmətlərini nümayiş edəcəkləri forumda təşkilatçılardan biri olmaqdan məmnunluq duyuruq.🤝

AKİAB plazadan biznesə peşekar dəstək

Yeni mövsümdə, yeni mühitdə, yeni işlərə imza atmaq və AKİAB Plazadan şəxsi ofis əldə etmək üçün əla fürsət!
-Kvadrat metri 2500 Azn;
-İlkin ödəniş 30%;
-İllik 10%-lə;
-10 illik ipoteka ilə;
-Aylıq ödəniş kvadrat metri 23 azn;
Bu fürsəti qaçırmamaq üçün tələsin. Ofislərimiz məhdud saydadır.
👇🏻 Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.👇🏻
📱+994 (77) 223 33 43

AKİAB növbəti təlim üçün qeydiyyatı açıq elan edir!

Təlimin əsas məqsədi, faydalı və eyni zamanda uğurlu əməkdaşlıqların təməlini qoymaqdır.
Sahibkarlar Klubu ilə AKİAB-ın təşkilatçılığı və PhD., “Dectec Group” idarə heyətinin sədri, “Nigar Tarım” idarə heyətinin üzvü, ADNSU dosent Sakit Səmədovun moderatorluğu ilə keçirilən "Ənənəvi və müasir idarəetmə sistemləri" adlı tədbirdə bir-birindən uğurlu iş adamları öz təcrübələrini bölüşəcəklər.
Təlim, 22 Oktyabr saat 10:00-da "Badamdar Estates"-də keçiriləcək.
📌 Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://forms.gle/eR699iFAWd5aVZKo7

AKİAB-dan daha bir yenilik!!!

Artıq e-tender.gov.az və s. kimi dövlət və özəl satınalma tender, katirovka sorğuları haqqında məlumatları "AKİAB Kassa" mobil tətbiqi vasitəsilə daha rahat əldə edəcəksiniz! 🤝

Formula B

"Formula-1" həyəcanını bu dəfə biznes adamları yaşayacaq! 😎
Hər birinizi 26 avqust 2022-ci il saat 20:00-da AKİAB-ın təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək olan "Formula Business(Formula B)" kartinq yarşına dəvət edirik!
Sürət yarışında kimin qalib olmasından asılı olmayaraq, biznesdə qazanan hər zaman bizim partnyorlarımız olur! Odur ki, üzvlərimizi yarışa qoşulmağa və bu sürətdən həzz almağa dəvət edirik! 🔥
Kartinq məkan: Baku City Karting.
Ünvan: Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 15.

https://forms.gle/K4sNbBm9PER3B97q6

Qısa zamanda uğurlu satış!

Qısa zamanda uğurlu satış!
AKİAB Academy, yenidən möhtəşəm xəbərlə qarşınızdadır!
30 iyul saat 10:00-da #PullmanHotel-də satışdan danışacağıq. Spikerlerimiz Azad Qəhrəmanov, Elkhan Sultanli və partnyorumuz Taleh Yüzbəyov illərin təcrübəsindən əmələ gələn dəyərli məlumatları sizlərlə bölüşəcəklər!
✅ AKİAB üzvləri üçün tədbirdə iştirak ödənişsizdir!
✅ Təlimdə iştirak 50 AZN təşkil edir.
✅ Tələbələrə özəl 50% endirimimiz mövcuddur!
Hər birinizi tədbirimizdə gözləyirik!
Aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz:👇🏻
https://forms.gle/3wWEyWYntWU1uEk76

Formula B

Hər birinizi 16 iyul 2022-ci il saat 17:00-da AKİAB-ın təşkilatçılığı ilə partnyorlararası keçiriləcək olan "Formula Business(Formula B)" kartinq yarşına dəvət edirik! Üzvlərimizin iştirakı ilə həyəcan və sürət dolu yarışımızın keçiriləcəyi məkan "Baku City Karting" olacaqdır. 🏎️