AKİAB partnyorları Zirvələrdə!

2023-07-18 2344

AKİAB və partnyorları İstanbulda keçirilən “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində iştirak edib.
MÜSİAD və KOBSKA-nın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunan forumda hər iki ölkədən iş dünyasının önəmli iş insanları və səlahiyyətli şəxslər iştirak edib.
Tədbir çərçivəsində keçirilən sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.
AKİAB gələcəkdə də partnyorlarının beynəlxalq iş əlaqələrinin genişlənməsinə dəstək verməyə davam edəcək!


Bir rəy bildirin...