ROTARY ilə memorandum imzaladıq!

2023-08-10 2344

“AKİAB” və "Bakı Xəzər Rotary Klub” arasında əlaqələri genişləndirmək məqsədilə memorandum imzalanıb.
"Bakı Xəzər Rotary Klub" qeyri-kommersiya təşkilatı olaraq biznes əlaqələri, sosial, humanitar, mədəni, təhsil, təbii ehtiyatların qorunması, və.s sahələrdə fəaliyyət göstərərək cəmiyyətin inkişafına təkan verirlər. Klubun əsas məqsədi ictimai problemlərə həll tapmaq, cəmiyyətin və biznes əlaqələrinin inkişafına töhvə verməkdir.
İmzalanan memorandumun şərtləri hər iki tərəf üçün qənaətbəxş olub, tərəfdaş sahibkarlarımızın özünü təkmilləşdirməyi üçün də yaxşı fürsətdir.


Bir rəy bildirin...