AKİAB "Polşaya biznes səfəri" çərçivəsində birinci günündə Opole şəhərində olan şirkətləri ziyarət edib. Səfər çərçivəsində dünyanın ən böyük pəncərə istehsalçısı olan "Eko Okna" və "Classen" şirkətləri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Polşanın inkişaf edən iqtisadiyyatı və biznes dünyasındakı dəyişikliklər haqqında müzakirələr aparılıb. Daha sonra isə istehsal prosesi ilə tanışlıq olub.
Bu səfər hər iki ölkənin iş adamlarının arasında ticari münasibətlərin inkişaf etməsi üçün fürsət oldu.