AKİAB partnyorları "AKİAB MEŞƏSİ" ziyarətində!

2024-03-01 2344


Partnyorlarımız ötən il “Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salmışdılar. Bu dəfəki ziyarətdə isə partnyorlarımız "AKİAB MEŞƏSİ"də gəzinti edib ağacların son vəziyyəti ilə yaxından tanış oldular. Ziyarət əsnasında növbəti "Yaşıl Azərbaycan" aksiyası haqqında müzakirələr olundu.
Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!


Bir rəy bildirin...