AKİAB "Baki Mühəndislik Universitetin"də keçirilən "Karyera brendini yarat" adlı tədbirində!

2024-03-09 2344


AKİAB və Bakı Mühəndislik Universitetin birgə təşkil etdiyi bu görüşdə, AKİAB-ın direktoru Vəfadar Babayev, “Rafa Group” MMC-nin təsisçisi Zaur Vəliyev, “Destec Group” MMC-nin rəhbəri Sakit Səmədov, “Lovely Dent” stomatoloji estetik klinikanın təsisçisi Xəyal Səmədov və digərləri şəxsi təcrübə əsasında iş dünyasında uğurlu olmağın sirləri ilə bağlı çıxış ediblər. Çıxışlarda hədəflərin müəyyənləşdirilməsi, məqsədin reallaşdırılması, ideyanın biznesə çevrilməsi və marka kimi tanıdılması, karyeraya gedən yolda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, komanda formalaşdırlması kimi məsələlərə toxunulub. Həmçinin iş həyatında rast gəlinən çətinliklərin dəf edilməsi, sahibkarlıq bacarıqlarının inkişafı, biznes strategiyalarının düzgün qurulması ilə əlaqədar tələbələrə tövsiyələr verilib.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!


Bir rəy bildirin...