Quba rayonunda ilk region nümayəndliyimizin açılışı oldu!

2024-03-12 2344


“Quba Arena Gold” hoteldə partnyorlarımız və Quba sahibkarlarının birgə iştirakı ilə şimal nümayəndəliyimizin açılış mərasimi baş tutdu. Region sahibkarlarının inteqrasiya və inkişafa olan ehtiyaclarını müəyyən edərək bu boşluğu doldurmaq üçün Quba rayonunda nümayəndəlik açmaq qərarı aldıq.
Məqsədimiz regiondakı sahibkarlar ilə Bakı şəhərində olan sahibkarların əlaqələrini gücləndirmək, onlara da faydalı olmaqdır.
Quba nümayəndəliyimizin rəhbəri “Nuray Consulting” şirkətinin rəhbəri Hümmət Əliyevdir.
Hümmət bəyin rəhbərliyi ilə ilk filialımıza fəalliyyətində uğurlar arzu edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!


Bir rəy bildirin...