
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə məşğulluq sahəsindəki yeniliklər, əmək bazarının inkişafı və işəgötürənlər üçün yaradılan imkanlar müzakirə edilib. AKİAB-ın həmtəsisçisi Şirin Şərifov da spikerlər arasında çıxış edərək, əmək münasibətləri və məşğulluq sahəsindəki müasir çağırışlar və rəqəmsal həllərlə bağlı öz fikirlərini iştirakçılarla bölüşdü.
Konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadıq Əliyev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işəgötürənlər iştirak edib.
AKİAB olaraq üzvlərimizlə birlikdə bu konfransda iştirak edərək, əmək bazarının inkişafına töhfə verməyə və işəgötürənlər üçün faydalı müzakirələr aparmağa çalışdıq.