Görüş zamanı “OBA Market” MMC-nin idarə heyətinin üzvü və marketinq direktoru Hikmət Əliyev fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, “OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Şirkət 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıraraq öz markaları ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
AKİAB olaraq “OBA Market” MMC-yə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!