AKİAB partnyorları “DK Agency” şirkətini ziyarət ediblər!

2024-01-23 2344


Bu dəfəki ofis ziyarəti görüşü çərçivəsində partnyorlarımızla birlikdə “DK Agency” şirkətinin qonağı olduq. Görüş zamanı “DK Agency”nin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verdi. Daha sonra biznesə dair məsələlər müzakirə edildi. Qeyd edək ki, şirkət sıfırdan restoranın qurulması, restoran sisteminin, konseptinin və strategiyasının yenilənməsi, françayzinq, hazır biznesin satışı, və alışı üçün konsultasiya, gizli müştəri və s. xidmətləri təklif edir.
AKİAB olaraq “DK Agency”ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!


Bir rəy bildirin...