Müştərilərin məlumatları yalnız istehlakçı loyallığına dair "AKİAB" koalisiya proqramında (bundan sonra “Proqram” adlandırılır) iştirak haqqında Müştəri ilə bağlanılmış müqavilə çərçivəsində aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsi üçün toplanılır və saxlanılır: eyniləşdirmə (identifikasiya) və kommunikasiya üçün; Proqramın Operatoru və ya Tərəfdaşları tərəfindən göstərilən xidmətlər və məhsullar haqqında Müştəriyə məlumat vermək üçün; "AKİAB" Məhsullarının və Proqramının işini analiz etmək, texniki idarəetməsini həyata keçirmək və yaxşılaşdırmaq üçün marketinq məqsədləri üçün hazırki Məxfilik Siyasətində göstərilmiş digər məqsədlər üçün. Hazırkı Məxfilik Siyasəti çərçivəsində Müştərinin məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur:Müştərilərin məlumatları yalnız istehlakçı loyallığına dair "AKİAB" koalisiya proqramında (bundan sonra “Proqram” adlandırılır) iştirak haqqında Müştəri ilə bağlanılmış müqavilə çərçivəsində aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsi üçün toplanılır və saxlanılır: eyniləşdirmə (identifikasiya) və kommunikasiya üçün; Proqramın Operatoru və ya Tərəfdaşları tərəfindən göstərilən xidmətlər və məhsullar haqqında Müştəriyə məlumat vermək üçün; "AKİAB" Məhsullarının və Proqramının işini analiz etmək, texniki idarəetməsini həyata keçirmək və yaxşılaşdırmaq üçün marketinq məqsədləri üçün hazırki Məxfilik Siyasətində göstərilmiş digər məqsədlər üçün. Hazırkı Məxfilik Siyasəti çərçivəsində Müştərinin məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur:
İstifadə məqsədləri
-Müştərinin müqavilələr bağlayarkən, mobil tətbiqi quraşdırarkən və istifadə edərkən müstəqil şəkildə təqdim etdiyi və akiab.az vebsaytında şəxsi kabinetdə yerləşən şəxsi məlumatlar (o cümlədən ad, soyad, ata adı, elektron poçt ünvanı, telefon daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq);
-Mobil tətbiqdən istifadə prosesində avtomatik şəkildə təqdim olunan məlumatlar, o cümlədən aşağıdakılar, lakin bunlarla məhdudlaşmayaraq:
-Mobil tətbiqin quraşdırıldığı mobil cihazın identifikasiya edilməsi üçün zəruri olan İDFA (reklam verənlər üçün identifikator) göstəricisinin əldə olunması. Bu, istifadəçinin "AKİAB" məhsullarından istifadə zamanı təhlükəsizliyini gücləndirmək üçün lazımdır.
-Cihazın kamerasına çıxış icazəsinin verilməsi loyallıq kartının skanerlənməsi üçün lazımdır.
-İstifadəçinin geolokasiyasına çıxış üçün icazənin verilməsi müvafiq tərəfdaşların və onların təkliflərinin mobil tətbiqdəki məlumat lentinə verilməsi zamanı bu atributun nəzərə alınmasına imkan yaradır.
-Telefon kitabçasına giriş icazəsi istifadəçiyə imkan verəcək ki, "AKİAB" tətbiqini öz telefon kitabçasındakı şəxslərə tövsiyə etməklə bonus manatlar qazansın.
-“Cookies” faylları istifadəçiyə imkan verir ki, "AKİAB" platformasından istifadə tarixçəsini, tənzimlənmiş parametrləri və "AKİAB" tətbiqindən istifadə rahatlığını artıran digər məlumatları öz cihazında saxlasın.
-Əməliyyat Sisteminin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
-Brauzerin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi brauzer sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
-Cihazın növü barədə məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
-Vaxt zonası müştərinin yerləşdiyi vaxt zonası (saat qurşağını) nəzərə almaqla müştəriyə əks etdirilən vaxtın tənzimlənməsi üçün lazımdır.
-Fayl sistemi platformanın düzgün fəaliyyət göstərməsi üçün zəruri olan tətbiqi proqramdakı meta-məlumatların saxlanılması üçün lazımdır.
-Şəbəkəyə qoşulma (mobil şəbəkə və Wi-Fi) mobil tətbiqin meta-məlumatlarının yüklənilməsi imkanlarını izləmək üçün və mobil tətbiqdəki tərəfdaşların və məhsulların kataloqlarının tərkibindəkilərin aktuallığını təmin etmək məqsədilə server tərəfindən məlumatların alınması üçün lazımdır.
-Bundan əlavə, biz kənar xidmətlərdən (məsələn Google Analytics kimi) istifadə edə bilərik. Bu kənar xidmətlərin təqdim olunmuş informasiyadan necə istifadə olunduğunu əks etdirən öz məxfilik siyasəti var.
-Brauzerinizdə və ya cihazınızda quraşdırılmış icazələrdən asılı olaraq yerləşmə haqqında məlumatlar.
-Siz cihazınızın parametrlərində yerləşmənin müəyyənləşdirilməsi xidmətini söndürə bilərsiniz.
-İnteqrasiya edildiyi təqdirdə kənar xidmətlərin təqdim etdiyi məlumatlar. Siz "AKİAB" Məhsulları ilə qarşılıqlı əlaqə üçün kənar xidmətlərdən istifadə edə bilərsiniz (məsələn Facebook, poçt istifadəçiləri və s.). Bu cür qarşılıqlı əlaqə zamanı sizin şəxsi məlumatlarınız "AKİAB" Məhsullarına ötürülə bilər. Bundan əlavə, kənar xidmətlərin məlumatları ilə İnteqrasiya olduğu halda "AKİAB" sizin adınızdan digər xidmətlərə daxil olmaq üçün icazəsi istəyə bilər.
-Siz "AKİAB" Məhsulları ilə qarşılıqlı əlaqədə olduğunuz zaman biz istənilən vaxt sizin şəxsi məlumatlarınızı istəyə bilərik.
Məlumatların mühafizəsi
Biz sizin məlumatlarınızın təhlükəsiz saxlanılmasını təmin etmək üçün xüsusi tədbirlər görürük. Bu cür tədbirlər çərçivəsində sizin məlumatlarınıza icazəsiz giriş və ya onların icazəsiz açıqlanması kimi risklərin azaldılmasına yönəlmiş xüsusi proseslər və prosedurlar tətbiq olunur. İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə tərəfimizdən zəruri təşkilati, texniki və fiziki tədbirlər görülüb. Məlumat bazası xidməti məlumatların saxlanılmasında şifrələmədən istifadə edir və FİPS 140-2 standartına cavab verir. Ehtiyat nüsxələr də daxil olmaqla diskdə şifrələnmiş məlumatlar. Bu xidmət məlumat saxlancının şifrələnməsinə tətbiq olunan 256-bit AES şifrələrindən istifadə edir, açarlar isə sistem tərəfindən idarə olunur. Məlumat saxlancının şifrələnməsi həmişə aktiv rejimdə olur və heç vaxt söndürülə bilməz. Nəqliyyat (transport) protokolu səviyyəsində məlumatların şifrələnməsi üçün TLS 1.3 standartından istifadə edilir.
İnformasiyanın üçüncü tərəflərə açıqlanması
Biz istifadəçilərin məlumatlarını üçüncü tərəflərə açıqlamırıq. İstifadəçi məlumatları qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən tələb olunduqda, həmin orqanlara təqdim edilə bilər.
Məlumatların təqdim edilməsindən imtina
Biz sizdən şəxsi məlumatlarınızı istəyən zaman sizə onları təqdim etməkdən imtina etmək imkanı veririk. Əgər şəxsi məlumatlarınızı təqdim etməkdən imtina edirsinizsə, biz sizə "AKİAB" Məhsullarına giriş təmin edə bilmirik.Şəxsi məlumatlarınızı təqdim etməkdən imtina etmək üçün bu barədə [email protected] ünvanına elektron məktub göndərməlisiniz.
Məlumatların silinməsi
"AKİAB" Məhsullarından öz şəxsi məlumatlarınızın silinməsini istəyə bilərsiniz. Bu cür sorğu əsasında biz sizin haqqınızda toplanılmış şəxsi məlumatları siləcəyik və ondan sonra "AKİAB" Məhsullarından istifadəyə zəmanət verə bilməyəcəyikSizin şəxsi məlumatlarınızın silinməsi üçün [email protected] ünvanına müraciət edin.
İnformasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina.
"AKİAB"-dan informasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina edə bilərsiniz. Bunun üçün göndərilmiş materiallardakı müvafiq “bildirişlərdən imtina” parametrindən istifadə edin və ya öz müraciətinizi [email protected] ünvanına göndərin.
“Cookies” fayllarının bloklanması
Öz brauzerinizdəki parametrlərdən istifadə etməklə “cookies” fayllarını silə və ya bloklaya bilərsiniz, lakin bundan sonra biz "AKİAB" Məhsullarından istifadəyə zəmanət verə bilmərik. Siz öz şəxsi məlumatlarınızın silinməsi, dəyişdirilməsi və ya təqdim olunması üçün bizə istənilən vaxt müraciət edə bilərsiniz Bunun üçün [email protected] ünvanına müvafiq qaydada müraciət edin.Biz əsassız olaraq təkrarlanan və ya sistematik olan, qeyri-proporsional texniki səylər tələb edən (məsələn, ehtiyat məlumat daşıyıcılarında saxlanılan məlumatlarla bağlı sorğular), digər istifadəçilərin məxfiliyini təhlükə altında qoyan sorğuların icrasından imtina edə bilərik. İstənilən halda, biz məlumatları silərkən və ya dəyişdirərkən, bu xidməti ödənişsiz (pulsuz) yerinə yetiririk (qeyri-proporsional səylər tələb edən hallar istisna olmaqla).Nəzərə almaq lazımdır ki, şəxsi hesab edilməyən məlumatlar hətta siz "AKİAB" Məhsullarından istifadəni dayandırdığınızda və ya şəxsi məlumatların silinməsini istədiyinizdə belə saxlanıla bilər.
Uşaqların məxfiliyi
Yalnız 14 yaşına çatmış uşaqlar "AKİAB" Məhsullarından istifadə edə bilər. "AKİAB" Məhsulları 14 yaşından aşağı şəxslərə (“Uşaqlar”) şamil edilmir. Biz 14 yaşdan aşağı uşaqlar barədə şəxsi məlumatları bilərəkdən toplamırıq. Əgər siz valideyn və ya himayəçisinizsə, uşaqlarınızın bizə şəxsi məlumatlarını təqdim etdiyini öyrəndiyinizdə bizimlə əlaqə saxlayın. Biz valideynin razılığı olmadan 14 yaşdan aşağı uşağın şəxsi məlumatını topladığımızı bildikdə, biz həmin məlumatları serverlərimizdən silmək üçün tədbirlər görürük.
Hazırkı Məxfilik Siyasətinə dəyişikliklər
Biz istənilən vaxt öz Siyasətimizi yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq və siz bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yoxlamalısınız. Bu səhifədə Məxfilik Siyasətinə hər hansı dəyişikliklər edildikdən sonra "AKİAB" Məhsulundan(Məhsullarından) istifadəni davam etdirməyiniz sizin həmin dəyişiklikləri təsdiqlədiyinizi və dəyişdirilmiş Məxfilik Siyasətinə riayət etməyə və onunla bağlı öhdəlik daşımağa razılaşdığınızı bildirəcək. Hazırkı Məxfilik Siyasətinə hər hansı əhəmiyyətli dəyişikliklər etdiyimiz təqdirdə, bu barədə sizə elektron poçt ünvanına (təqdim etdiyiniz elektron poçt ünvanı) bildiriş göndərməklə və ya vebsaytımızda aydın şəkildə bildiriş yerləşdirməklə məlumat verəcəyik.