AKİAB partnyorları bu dəfə "Kitchen Plus" restoranında bir araya gəldilər. Xüsusi mətbəxi ilə seçilən "Kitchen Plus" restoranında keçən görüş zamanı yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilmiş, şirkətlər öz biznesləri haqqında geniş məlumat vermişdir. Sonda "AKİAB"ın fəaliyyətləri və xidmətləri haqqında sahibkarlara məlumat verilib. AKİAB olaraq B2B görüşlərinə davam edir və partnyorlarımızın ticari münasibətlərinin inkişafına hər zaman dəstək olacağıq.
Görüşdə iştirak edən tərəfdaş sahibkarlara, @kitchenplus.az restoranına və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!