11 sentyabr tarixində The Melody Cafe-də 20-dən çox sahibkar bir araya gəldi. Görüşdə müxtəlif sahələrdən olan biznes nümayəndələri – mebel istehsalı, memarlıq və dizayn, marketinq və İT xidmətləri, təhlükəsizlik sistemləri, tikinti və təmir, maliyyə, audit və digər istiqamətlər üzrə fəaliyyət göstərən şirkətlər iştirak etdilər.
Sahibkarlar iş dünyası ilə bağlı müzakirələr apararaq gələcək əməkdaşlıqlar və ortaq layihələr barədə danışdılar.