AKİAB partnyorları bu dəfə "Kitchen Plus" restoranında bir araya gəldilər. Xüsusi mətbəxi ilə seçilən "Kitchen Plus" restoranında keçən görüşdə partnyorlar ləziz təamlardan dadaraq iş dünyasındakı dəyişikliklərlə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra yeni əməkdaşlıqların qurulması və mövcud əlaqələrin inkişafı yönümündə müzakirələr aparılıb. AKİAB olaraq B2B görüşlərinə davam edir və partnyorlarımızın ticari münasibətlərinin inkişafına hər zaman dəstək olacağıq.
Görüşdə iştirak edən tərəfdaş sahibkarlara, @kitchenplus.az restoranına və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!