AKİAB-dan daha bir yenilik.DDTECH ilə memerandum imzalanmışdır.

2022-12-08 2344

#AKİABfərqi
Daha bir rəqəmsal transformasiya ilə yerli bizneslərin qarşısındayıq 😉
Belə ki, Sahibkarlığa rəqəmsal transformasiya dəstəyi göstərən AKİAB uzaqdan satış, rəqəmsal kuryer, biometrik imza, nfc kartvizit və s. xidmətlərin Azərbaycanda tətbiqinin genişləndirməsi üçün Azerbaijan Franchise Association vasitəçiliyi ilə Digital Dönüşüm Teknoloji Hizmetleri AS (DDTECH) şirkəti ilə memorandum imzalamışdır. Memoranduma əsasən, Türkiyənin 1 nömrəli rəqəmsal transformasiya şirkəti olan DDTECH şirkəti artıq bu gündən etibarən AKİAB-ın vasitəsi ilə yerli şirkətlərə 2023cü ildə hədəflənən yaşıl iqtisadiyyat və rəqəmsal transformasiyanın inkişafına dəstək göstərəcək.
Bu xidmətlərlə şirkətlər daha operativ, təhlükəsiz şəkildə rəsmi prosedurları həll edə biləcəklər. Bu da öz növbəsində kağız istifadəsini minimuma endirəcək və ekologiyanın qorunması baxımdan təbiətə töhvəsini verəcək.


Bir rəy bildirin...