“AKİAB” partnyorları ilə bərabər “KOB Evi”-ni ziyarət etdi. Səfər çərçivəsində “Agro Biznes Forum” müzakirəli B2B masası təşkil olundu!
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi də iştirak etdi və sahibkarların suallarını cavablandırdı. B2B görüşünün əsas məzmununu “Agro Biznes Forum”, burada xidmət və məhsulların tanıtdırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, yeni istehsal sahələri,istehsalın məhsuldarlığının artırılması üçün şəbəkələşmənin qurulması və s. bu kimi mövzular təşkil etmişdir.