B2B görüşlərimiz davam edir!

2023-08-09 2344

AKİAB partnyorları bu dəfə "La Marea" restoranında görüşdü!
Görüş zamanı bir araya gələn sahibkarlar gələcək əməkdaşlıqların yaranmasına töhvə vermək məqsədilə bir-biri ilə yaxından tanış olaraq, şirkətləri barədə məlumat verib. Görüşün baş tutduğu, eyni zamanda partnyorumuz olan "La Marea" restoranı iş görüşləri ilə yanaşı ailənizlə və dostlarla vaxt keçirmək üçün də ideal məkandır. Müxtəlif bölgələrin ləziz təamlarını burada dada bilərsiniz.
Görüşdə iştirak edən tərəfdaş sahibkarlara təşəkkür edirik!


Bir rəy bildirin...