B2B görüşlərimiz davam edir!

2023-11-16 2344


@evelani.az-ın və AKİAB-ın təşkilatçılığı ilə partnyorlar arasında növbəti dəfə B2B görüşü baş tutdu. "Başkent" restoranında, səmimi mühitdə keçən bu görüş zamanı yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edildi. Daha sonra @evelanı.az-ın təsisçisi İlkin Dövlətov əmlak bazarında süni intellektlə bağlı ətraflı məlumat verdi.
Qeyd edək ki, @evelanı.az kirayə ev, agentlik və s. axtarışınızı daha sürətli və səmərəli əldə etmək üçün üçün onlayn bir platformadır. Ən əsası isə saytda qeydiyyatdan keçməklə və ya keçmədən elanlarınızı daha rahat və tez şəkildə real alıcılara çatdıra bilərsiniz.
Bildirək ki, 17.11.2023 tarixində Fairmont Hoteldə İnçaatçılar və Əmlakçılar birliyi tərəfindən forum təşkil ediləcəkdir.
Görüşdə iştirak edən tərəfdaş sahibkarlara, təşkilatçılıq üçün @evelani.az-a, @bashkent.az restoranına və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!


Bir rəy bildirin...