“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.

2022-12-24 2344

“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.
“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salınıb.
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi (DMA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA strateji tərəfdaşlığı, AKİAB, AgroPlatform, və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) birgə təşkilatçılığı ilə baş tutan ağacəkmə kompaniyası çərçivəsində 3000-ə yaxın pavlovniya ağacı əkilib.
23 dekabr tarixində rəsmi şəxslərin və 50-dən çox sahibkar və iş adamının iştirakı ilə salınmış meşə zolağında simvolik ağacəkmə mərasimi keçirilib.
Mərasimdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cavadov Rüfət və bir sıra qurumların rəhbər şəxsləri, sahibkarlar iştirak ediblər.
AKİAB rəhbəri Şirin Şərifovun sözlərinə görə sahibkarların dəstəyilə salınmış meşə zolağı ölkə başçısı cənab Ilham Aliyevin doğum gününə həsr olunub.
Agro Paltform MMC-nin rəhbəri Elnur İslamovun sözlərinə görə isə “Yaşıl Azərbaycan” layihəsi növbəti illərdə də davam edəcək və daha çox sahibkarın, dövlət qurumlarının cəlb edilməsi ilə geniş meşə zolaqları salınacaqdır.
Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.


Bir rəy bildirin...