AKİAB partnyorluq paketində asılı olaraq öz partnyorları arasında aylıq biznes masaları təşkil edir. Görüşlər minimum 20 şirkətin iştirakı ilə səhər saatlarında başlayır və birgə səhər yeməyi ilə yekunlaşır. Görüşlərdə iştirak edən partnyorlara masadan iş götürməklə yanaşı, masaya iş gətirməsi də təşviq edilir. Belə ki, biznes masalarda ən çox iş paylaşımı edən və reallaşdıran partnyorların statistikası aparılır və il sonunda masa çempionlarına müvafiq olaraq ilk 3 yerə Standart, Gold və ya Platinium üzvlük paketi hədiyyə edilir. Bu isə öz növbəsində partnyorlar arasında biznes masalarından fayda götürməklə yanaşı, faydalı olmaq üçün də rəqabət motivasiyası yaradır.