Bizi fərqli edən məhsullardan biri də AKİAB mobil tətbiqi və AKİAB bonus kartlarıdır.
Müştərilərə partnyorlarımız tərəfindən pulsuz paylanılır və hər bir müştərinin adına bir kart qeydiyyatdan keçirilir. Müştərilər isə həmin kartlar vasitəsilə partnyorlarımızın hər birindən aldıqları xidmət haqqının müqabilində bonuslar alırlar. Yığılan bonuslar isə AKİAB partnyorlarının hər birində istifadə edilə bilər. AKİAB eyni zamanda partnyorlarına öz loyallıq kartlarını da çıxarmağa imkan verir. Belə ki, hər şirkət üzərində öz loqosu olan loyallıq kartlarını öz müştərilərinə verməklə onları həm özəl hiss etdirməyi, həm də sadəcə onlardan deyil, AKİAB-a üzv olan digər partnyorlardan da bonus qazanmaq imkanı qazandırır.
Mobil tətbiq kart sahibi olan bütün müştərilərin rahat istifadəsi üçün nəzərdə tutulmuşdur. Tətbiqin əsas funksiyaları aşağıdakılardır.
Bütün partnyorları bir arada görmək, haqqında məlumat toplamaq və hər birindən ayrı-ayrılıqda bonus faizlərini öyrənmək funksiyası daşıyır.
İstifadəçilər tətbiq vasitəsilə AKİAB partnyorlarının fəaliyyət növləri, yerləşdiyi ünvana xəritə vasitəsilə getmə imkanı, telefon nömrəsi, sosial media hesabları, mail və.s məlumatları alma imkanı qazanır.
İstifadəçilərin fəaliyyət sahələrinə görə, şirkət adına görə və ya açar sözlərə görə axtarış etmə imkanları mövcuddur.
Bu funksiya vasitəsilə istifadəçilər ehtiyacları olan xidmətə əsasən mini tender elan edə bilirlər. Belə ki, istifadəçi filtr bölməsindən sorğusuna müvafiq olan fəaliyyət növünü seçir, mətn bölməsində almaq istədiyi məhsul və xidmət haqqında məlumatı yazır, əgər varsa məhsulun şəklini və ya digər detallarını sorğuya əlavə edə bilir, sorğunun cavablanması üçün son tarix qoyub göndərə bilir. Bu zaman seçilən fəaliyyət sahəsinə uyğun olaraq AKİAB partnyorlarından həmin sahə üzrə fəaliyyət göstərən şirkətlərə bildiriş daxil olur və öz təkliflərini müştəriyə göndərə bilirlər. Bu isə biznes və müştərilər arasında şəffaf şəkildə operativ əlaqələrin qurulmasını xeyli asanlaşdırır.