
Növbəti təlimimiz satış sektorunda geniş təcrübəyə malik olan, Aslanov Group MMC-nin təsisçisi və direktoru Sarvan Aslanov tərəfindən keçirildi. "Satışda Doğru Bilinən Yalnışlar" adlı bu təlim iştirakçılara satış prosesində ən çox rast gəlinən yanlış yanaşmalar və onların aradan qaldırılması yolları haqqında geniş məlumat verdi.
Sarvan Aslanov satışın yalnız məhsul və ya xidmət təqdim etməkdən ibarət olmadığını, bunun eyni zamanda müştəri ilə düzgün ünsiyyət qurmaq, etibarı təmin etmək və nəticədə uzunmüddətli əməkdaşlıq qurmağa yönəlik bir proses olduğunu vurğuladı. Təlimdə iştirakçılara, satışın incəlikləri, müştərilərin davranış modelləri və effektiv satış texnikaları ilə bağlı ətraflı praktiki biliklər təqdim edildi.
Təlimin sonunda iştirakçılar satışla bağlı yanlış bildikləri bir çox fikrin əslində uğurlu nəticələrə mane olduğunu, düzgün yanaşmalarla isə satışda daha yüksək nəticələr əldə etməyin mümkün olduğunu öyrəndilər.