30 iyul tarixində AKİAB təşkilatçılığı ilə "Biznesdə satışın sehri" tədbiri baş tutmuşdur.
Tədbirdə Azad Qəhrəmanov şirkət daxilində satış əməkdaşlarının motivasiyası mövzusunda məlumat vermişdir. Ardından Taleh Yüzbəyov satışdan sahibkarlığa qədər gətirən yol mövzusunda geniş söhbət açdı və bu yolda öz təcrübələrini bölüşdü. Tədbirin növbəti qonağı - Elxan Sultanlı pandemiyanın satışa təsiri və post-pandemiya dövründə satışın dəyişimi haqqında məlumat vermişdir.
22 oktyabr tarixində "AKİAB" və "Sahibkarlar Klubu"-nun təşkilatçılığı ilə keçirilmiş "Ənənəvi və müasir idarəetmə sistemləri" adlı tədbirimiz təşkil olundu.Tədbirə, "Sahibkarlar Klubu" və "AKİAB" partnyorları, həmçinin sahibkarlar, menecerlər və tələbələrdən ibarət olmaqla 460 nəfərdən çox insan qatıldı.Tədbir "Uğurlu biznes doğru idarədən gəlir" mövzusunu əhatə edirdi. 3 paneldən ibarət olan tədbirin birinci panelində Rafiq Vəliyev "Adaptiv idarəetmə" mövzusunda çıxış etdi. İkinci paneldə Camid Mövsümov "Xaotik idarəetmə" mövzusunu qonaqlar ilə bölüşdü. Üçüncü paneldə isə Mədəd Rüstəmov "Menecmentin praktik əsasları" mövzusunda öz təcrübəsini paylaşdı.
Tədbirin əsası qarşılıqlı sual-cavab və müzakirə formasında baş tutdu.Tədbir sonrası qonaqlar çay fasiləsində B2B görüşlər etdilər.
20000-dən çox biznes təhlil və yüzdən çox biznes idarə etmiş biznes doktor - Cəlal Nağıyev unikal çıxışı ilə biznes sahiblərini hesabatların idarə olunmasının vacibliyi və bizneslərinin uğuru haqqında məlumatlandırdı.
Qeyd edək ki, Cəlal Nağıyev 800-dən çox kredit mütəxəssisinə təlim vermiş, həm Azərbaycanda, həm də Rusiyada layihələrin həyata keçirildiyi biznes planları hazırlamışdır.
AKİAB Akademiyası olaraq iş dünyasında mükəmməlliyi hədəfləyənləri dəstəkləməyə davam edirik və növbəti təlimlərimizi səbirsizliklə gözləyirik.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!
Vergi konsultantı və vergi uçotu üzrə təlimçi Teymur İslamlı sahibkarlara verginin və vergi yoxlamalırnda vacib məqamlarını çatdırıb.
Qeyd edək ki, Teymur İslamlı operativ vergi nəzarəti şöbəsi, topdan və pərakəndə ticarət sahələri üzrə audit şöbələri, “Good Finance” MMC-nin vergilər üzrə meneceri və.s vəzifələrində çalışıb.
AKİAB Akademiyası olaraq iş dünyasında mükəmməlliyi hədəfləyənləri dəstəkləməyə davam edirik və növbəti təlimlərimizi səbirsizliklə gözləyirik.
10 illik satış təlimləri təcrübəsi və 2007-ci ildən peşəkar satışla məşğul olan Sarvan Aslanov sahibkarları satışın əhəmiyyətli məqamları və satışda vacib olan qiymət danışıqları barədə məlumatlandırıb. Bu təlim, iş adamlarına və satış nümayəndələrinə müştərilərlə düzgün münasibət qurmağa və uğurlu satış etmələrinə kömək edəcək!
AKİAB Akademiyası olaraq iş dünyasında mükəmməlliyi hədəfləyənləri dəstəkləməyə davam edirik və növbəti təlimlərimizi səbirsizliklə gözləyirik.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!