22 oktyabr tarixində "AKİAB" və "Sahibkarlar Klubu"-nun təşkilatçılığı ilə keçirilmiş "Ənənəvi və müasir idarəetmə sistemləri" adlı tədbirimiz təşkil olundu.Tədbirə, "Sahibkarlar Klubu" və "AKİAB" partnyorları, həmçinin sahibkarlar, menecerlər və tələbələrdən ibarət olmaqla 460 nəfərdən çox insan qatıldı.Tədbir "Uğurlu biznes doğru idarədən gəlir" mövzusunu əhatə edirdi. 3 paneldən ibarət olan tədbirin birinci panelində Rafiq Vəliyev "Adaptiv idarəetmə" mövzusunda çıxış etdi. İkinci paneldə Camid Mövsümov "Xaotik idarəetmə" mövzusunu qonaqlar ilə bölüşdü. Üçüncü paneldə isə Mədəd Rüstəmov "Menecmentin praktik əsasları" mövzusunda öz təcrübəsini paylaşdı.
Tədbirin əsası qarşılıqlı sual-cavab və müzakirə formasında baş tutdu.Tədbir sonrası qonaqlar çay fasiləsində B2B görüşlər etdilər.