Ofis Ziyarətləri

2025-04-17 / 1

“Birgə və Sağlam”

AKİAB olaraq ofis ziyarətlərimiz çərçivəsində bu dəfə “Birgə və Sağlam” İctimai Birliyi ilə görüş keçirdik.
Görüşün əvvəlində partnyorlarımız “Birgə və Sağlam” İB-nin nəzdində fəaliyyət göstərən Kashalatacafe-də bir araya gəldilər. Burada autizmli uşaqların hazırlayıb servis etdiyi şirniyyatların dadına baxaraq çay süfrəsi ətrafında xoş bir atmosferdə söhbət etdilər. Bu görüş həm də autizmli gənclərin yaradıcılığını və bacarıqlarını dəstəkləmək üçün dəyərli bir fürsət oldu.
Son olaraq, “Birgə və Sağlam” İB Davamlı İnkişaf şöbəsinin koordinatoru, klinik psixoloq Milana Həsənova partnyorlarımızı mərkəzdə gəzdirərək təşkilatın fəaliyyəti, autizmli şəxslərin təhsili və cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verdi.
Maarifləndirici və dəyərli bu görüş üçün “Birgə və Sağlam” kollektivinə təşəkkür edirik.

2025-04-07 / 1

“AVİSEC MMC”

AKİAB komandası partnyorları ilə birlikdə “AVİSEC MMC” ofisini ziyarət edib. Görüş zamanı şirkətin fəaliyyət sahələri, innovativ həlləri və təhlükəsizlik sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub.
“AVİSEC MMC” təhlükəsizlik sistemləri sahəsində ixtisaslaşmış və müasir texnologiyalar əsasında fərdi və korporativ müştərilərə yüksək keyfiyyətli həllər təqdim edən şirkətdir. Şirkət video müşahidə sistemləri, girişə nəzarət, biometrik identifikasiya və digər təhlükəsizlik həlləri üzrə geniş təcrübəyə malikdir.
Bu əməkdaşlıq çərçivəsində AKİAB və AVİSEC arasında gələcək birgə layihələr və əməkdaşlıq imkanları da müzakirə olunub.

2025-03-14 / 1

Abşeron Logistika Mərkəzi

AKİAB partnyorları ilə Abşeron Logistika Mərkəzini ziyarət edərək, mərkəzin təqdim etdiyi imkanlardan və əməkdaşlıq perspektivlərindən yararlanmaq mövzusunda müzakirələr aparıblar. Bu logistika mərkəzi nəqliyyat, anbar xidməti və gömrük rəsmiləşdirilməsi sahələrində geniş imkanlar təqdim edir.

Görüş zamanı AKİAB nümayəndələri Biznes Departamentinin rəhbəri Elçin Adıyev ilə bir araya gəliblər. O, mərkəzin fəaliyyət istiqamətləri, infrastruktur imkanları və bizneslər üçün təklif olunan xidmətlər barədə geniş məlumat verib.

Mərkəzin tərkibində fəaliyyət göstərən “Absheron Express” beynəlxalq yük daşımaları və multimodal logistika xidmətləri üzrə ixtisaslaşıb. Şirkət effektiv nəqliyyat həlləri təqdim edərək müştərilərinə operativ və etibarlı çatdırılma imkanı yaradır.

“Milli Broker” isə gömrük-broker xidməti sahəsində fəaliyyət göstərir və idxal-ixrac əməliyyatlarının sürətli və problemsiz icrasını təmin edir. Şirkət bizneslərin gömrük proseslərini asanlaşdıraraq onların logistika əməliyyatlarını optimallaşdırmağa kömək edir.

Bu görüş çərçivəsində AKİAB üzvləri Abşeron Logistika Mərkəzinin bizneslər üçün yaratdığı üstünlükləri müzakirə edib, əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

2025-03-14 / 1

Orelay Konfet Fabriki

AKİAB olaraq Ağdaşa səfərimiz çərçivəsində partnyorlarımızla birlikdə “Orelay Konfet Fabrikini” ziyarət etdik. Səfər zamanı partnyorlarımız fabrikin istehsal prosesi ilə yaxından tanış oldular, məhsulların hazırlanma mərhələlərini izlədilər və keyfiyyət standartları haqqında ətraflı məlumat əldə etdilər. Azərbaycanın qida sənayesində mühüm yer tutan bu fabrikin fəaliyyəti və yenilikləri ilə tanış olmaq bizim üçün maraqlı və faydalı oldu.

2025-03-14 / 1

Reform Group

AKİAB olaraq, Ağdaşa olan səfərimiz çərçivəsində partnyorlarımızla birlikdə “Reform Group” şirkətinin istehsalatını ziyarət etdik. Şirkət dam örtükləri, taxta və şalban istehsalı sahəsində fəaliyyət göstərir. Ziyarət zamanı istehsalat prosesi ilə yaxından tanış olduq, müəssisənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat əldə etdik və mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik.

2025-03-14 / 1

Aran Construction

AKİAB olaraq ofis ziyarətlərimiz davam edir!

Bu dəfəki səfərimiz "Aran Construction" şirkətinə oldu. Qısa müddət ərzində inşaat sektorunda önəmli mövqe qazanan "Aran Construction", peşəkar komandası və müasir keyfiyyət standartlarına uyğun icra etdiyi çoxşaxəli layihələrlə seçilir.

Düzgün planlama və operativ həlləri sayəsində dəqiq və zamanında icra prinsipini əsas tutan şirkət, müştəri məmnuniyyətini daim ön planda saxlayır. Şirkət ağır və xüsusi texnika icarəsi və satışından tutmuş, yol-nəqliyyat infrastrukturu, tikinti və təmir, abadlıq, qazıntı, söküntü, süni göllərin salınması, drenaj, fiberoptik kabel çəkilişi, landşaft və beton işlərinə qədər geniş xidmətlər təqdim edir.

AKİAB olaraq, inşaat sektorunda uğurla irəliləyən "Aran Construction"a fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

2025-03-14 / 1

OmegaNet

AKİAB komandası olaraq “OmegaNet” ofisini ziyarət etdik!

İnnovasiya və texnologiya sahəsində fəaliyyət göstərən “OmegaNet” şirkəti müştərilərinə yüksək sürətli internet, IP TV, IP telefoniya və 360° IT xidmətləri təqdim edir. Şirkətin rəhbəri Cəlil bəy görüş zamanı, partnyorlarımıza şirkətin fəaliyyəti, tətbiq etdikləri ən son texnologiyalar və gələcək inkişaf planları haqqında ətraflı məlumat verdi.

AKİAB olaraq bizneslərin bir-biri ilə əlaqələrini gücləndirmək, innovativ həlləri dəstəkləmək və tərəfdaşlarımızla daha sıx əməkdaşlıq qurmaq bizim üçün prioritetdir. OmegaNet komandası ilə əməkdaşlıqdan məmnunluq duyuruq və onlara uğurlar arzulayırıq!

2025-03-13 / 1

Consulting Group

AKİAB olaraq ofis ziyarətlərimizə davam edirik. Bu dəfəki ziyarətimiz "Consulting Group" MMC şirkətinə oldu.

"Consulting Group" MMC müraciət edən müştərilərə doğru və etibarlı məsləhətlər təqdim etmək, xidmətlərin keyfiyyətini və vaxtında təmin olunmasını təmin etmək məqsədilə peşəkar mütəxəssisləri bir araya gətirən bir müəssisədir.

Şirkət sadəcə hesabatların təqdim olunması ilə məşğul olan adi mühasibatlıq xidməti deyil. Mütəxəssisləri müştərilərin tələblərinə və ehtiyaclarına uyğun olaraq, ən qısa zamanda və hətta qeyri-adi situasiyalarda belə yüksək səviyyəli peşəkarlıqla xidmət göstərirlər.

Bir sözlə, mühasibatlıq, maliyyə, audit, məsləhət və təlim xidmətləri ən yüksək keyfiyyətdə təqdim olunur.

2025-03-13 / 1

Panda Boya

Bu dəfəki səfərimizdə Panda Boya brendinin arxasında dayanan istehsalat və proseslərlə tanış olduq. Görüş zamanı şirkətin rəhbəri Murad bəy və satışın marketinq direktoru Tural bəy, şirkətin fəaliyyəti, strategiyası və gələcək hədəfləri haqqında partnyorlarımıza ətraflı məlumat verdilər. Qeyd edək ki, Muradlı-M MMC istehsalatdan savayı GENÇ boya ve verniklərinin və bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. Muradlı-M MMC istehsal etdiyi məhsullar İSO 9001;2008 keyfiyyət sertifikatına layiq görülmüşdür.

Renner markasının xarici marketinq mütəxəssisi, İtaliyadan gəlmiş cənab Federiko, şirkətin beynəlxalq uğurları və yenilikləri haqqında dəyərli məlumatlar paylaşdı.

İstehsalat prosesinə təşkil olunan tur zamanı iştirakçılar Panda Boya məhsullarının hazırlanma mərhələlərini, texnologiyaların tətbiqini və keyfiyyət standartlarını ilə yaxından tanış oldular.

Görüşlər həmçinin qarşılıqlı əməkdaşlıq, yeni bazar imkanlarının müzakirəsi və gələcək inkişaf planları baxımından olduqca məhsuldar keçdi.

Belə ziyarətlər, sektorda tərəfdaşlarımızla daha sıx əlaqə qurmağımıza və iş birliyimizi gücləndirməyə şərait yaradır.

2025-03-11 / 1

Next Akademiya

AKİAB partnyorları bu dəfə Next Akademiya ofisini ziyarət ediblər. Next Akademiya müxtəlif yaş qruplarına uyğun ingilis dili tədrisi sahəsində ixtisaslaşıb. Burada xüsusilə IELTS və TOEFL hazırlıq kursları, ümumi ingilis dili dərsləri və digər dil proqramları təklif olunur.

Next Akademiyanın məqsədi tələbələrin dil biliklərini inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmələrinə kömək etmək və onların akademik və iş həyatında uğur qazanmasını təmin etməkdir. Tədris prosesi həm fərdi, həm də qrup formatında təşkil olunur və tələbələrin ehtiyaclarına uyğun metodologiya tətbiq edilir.

2025-03-11 / 1

Atoslim

Bu dəfəki ofis ziyarətimiz, 5-ci nəsil istilik sistemlərinin Azərbaycandakı ilk və ən böyük idxalçısı olan Atoslim ofisinə oldu. Atoslim, bazarda təqdim etdiyi yüksək keyfiyyətli məhsullarla fərqlənir və imza atdığı iri həcmli layihələrlə istilik sistemləri sahəsində liderliyini qoruyur.

Onların müasir texnologiya ilə hazırlanan məhsulları, hər zaman müştərilərinin etibarını qazanmağı bacarır. Atoslim, Azərbaycanın istilik sistemləri bazarında aparıcı şirkət olaraq, daha çox mükəmməl həllər təqdim etməyə davam edir.

İstilik sistemlərində etibarlı seçim – Atoslim!

2025-03-11 / 1

AS Motors

Bu dəfəki ziyarətimiz “AS Motors” şirkətinə oldu. Şirkətin korporativ satış müdiri Elxan bəy şirkətin fəaliyyəti, istehsalat prosesi və gələcək inkişaf planları haqqında ətraflı məlumat təqdim etdi.

“AS Motors” avtomobil sənayesində keyfiyyətli məhsul və xidmətləri ilə tanınır. Ziyarət zamanı tətbiq olunan texnologiyalar və istehsalatın idarə olunması prinsipləri ilə yaxından tanış olduq.

AKİAB olaraq tərəfdaşlarımızla birgə əməkdaşlıq imkanlarını genişləndirmək və qarşılıqlı inkişafı dəstəkləməkdə davam edirik.

2025-03-11 / 1

PM Akademiya

AKİAB olaraq ofis ziyarətlərimizi davam etdiririk. Bu dəfə xanım partnyorlarımızla birlikdə PM Akademiyanın ofisini ziyarət etdik. Görüş zamanı əməkdaşlıq imkanları və gələcək planlar haqqında səmimi fikir mübadiləsi apardıq. PM Akademiyanın peşəkar yanaşması və təlim sahəsindəki uğurları diqqətimizi çəkdi. Belə görüşlər, həm işgüzar əlaqələri möhkəmləndirmək, həm də dostluq münasibətlərini gücləndirmək baxımından çox dəyərlidir.

2025-03-11 / 1

Piramida Reklam

AKİAB komandası bu dəfə partnyorları ilə birlikdə Piramida Reklam ofisini ziyarət edib. Ziyarət zamanı şirkətin fəaliyyəti, təqdim etdiyi xidmətlər və ofisdəki innovativ texnologiyalarla tanış olublar. Piramida Reklam şirkəti, müştəri məmnuniyyəti və yüksək iş keyfiyyətinin rəqabətli bazarda inkişafın “havası” və “suyu” olduğuna inanır. Şirkət olaraq məqsədləri daimi müştərilərini yeniliklərdən mütəmadi məlumatlandırmaq, potensial müştərilərə xidmətlər təklif edərək, hər gün irəliyə doğru addımlamaqdır. Piramida, müştərilərinin bizneslərinə verdiyi töhfə ilə qalıcı bir yer tutmağı, kiçik, orta və böyük bizneslərin “simalarını” dizayn etməyi əsas missiya kimi müəyyən edir. Bu yolla, hər bir müştəri ilə əməkdaşlıq edərək, ölkə miqyasında tanınmağı hədəfləyir.

2025-03-11 / 1

VITAM

AKİAB komandası olaraq partnyorlarımızla ofis ziyarətlərini davam etdiririk və bu dəfəki ziyarətimiz Vitamin Ofisinə oldu.

VITAM – 19 illik təcrübə ilə reklam və mebel həlləri sahəsində liderdir. Şirkət müxtəlif sektorlarda, o cümlədən tikinti, pərakəndə, elektronika və avtomobil sənayesində xidmət göstərir. VITAM reklam konstruksiyaları, ticari mebellər, sərgi stendləri və dizayn həlləri ilə brendlərin tanınmasını
Vitamin Ofis, müasir iş mühiti və innovativ yanaşmaları ilə seçilən bir şirkətdir. Bu ziyarət çərçivəsində, AKİAB və Vitamin Ofis arasındakı əməkdaşlıq imkanları müzakirə olundu, şirkətin biznes fəaliyyəti və müasir yanaşmaları ilə daha yaxından tanış olduq.

AKİAB olaraq, partnyorlarımızla sıx əlaqələrin davam etdirilməsi və birgə iş imkanlarının inkişaf etdirilməsi bizim üçün əsas prioritetdir.

2025-03-11 / 1

Total Express

AKİAB partnyorları “Total Express”ofisini ziyarət ediblər. "Total Express Logistic and Broker Services" MMC ölkəmiz üçün aşağıdakı ən aktiv istiqamətlər üzrə logistik həllər təklif edir.
* Çin
* Türkiyə
* Avropa ölkələri
* MDB
* Dubay(BƏƏ)
Şirkət müxtəlif nəqliyyat növləri ilə (quru, dəniz, hava, dəmiryol, multimodal ) həm qrupaj-LTL, həm də FTL, FCL(TIR və Konteyner) daşımalarda ixtisaslaşmış xidmətlər göstərir.

Total Express, həmçinin Türkiyədən sərfəli qiymətlərlə qrupaj və tam tır yük daşınması xidmətləri təklif edir, müxtəlif istiqamətlər üzrə daşımaları həyata keçirir.

2025-03-10 / 1

"Misterwood"

AKİAB komandası olaraq ofis ziyarətlərimiz Misterwood ofisinə oldu. Misterwood, parket istehsalı sahəsində fəaliyyət göstərən ixtisaslaşmış bir şirkətdir. Ziyarətimiz müddətində, şirkətin istehsal prosesləri, məhsul çeşidləri və keyfiyyət standartları ilə tanış olduq. Misterwood-un yüksək texnologiyalı avadanlıqları və innovativ yanaşmaları, parket istehsalında mükəmməlliyi təmin etməyə kömək edir. Şirkətimizin davamlı inkişafı və sektorda ən son tendensiyaların izlənməsi məqsədilə bu cür ofis ziyarətləri bizim üçün böyük əhəmiyyət kəsb edir.

2024-06-26 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız “SAT Center” ofisini ziyarət ediblər. “SAT Center” Avropa, Amerika, Türkiyəyə bakalavr qəbulunu həyata keçirir. Sat, ap, ielts, toefl, cambridge tədris edir. “SAT Center” Cambridge assesment üzrə Bakıda rəsmi hazırlıq mərkəzidir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-06-21 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “Technomen” MMC ofisini ziyarət ediblər. “Technomen” MMC təhlükəsizlik sistemlərinin satışı və quraşdırılması işlərini həyata keçirir. Şirkət otel, xəstəxana, satış, anbar, restoran kimi ciddi qurumların bütün xidmətlərinin avtomatlaşdırılmasını təmin edir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-06-21 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!

Partnyorlarımız bu dəfə “Avtoman” MMC ofisini ziyarət ediblər. “Avtoman” MMC yük avtomobilləri və iş texnikaları üçün mühərrik yağları, filterlər, ehtiyyat hissələri, akkumulyator itxalını və topdan satışını həyata keçirir. Həmçinin şirkət “ArtOil” və “Sppedol“ yağlarının ölkəmizdə rəsmi nümayəndəsidir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-06-10 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “ALACA” MMC ofisini ziyarət ediblər. “ALACA” MMC xüsusi dizayn və xüsusi mebel istehsalı üzrə ixtisaslaşmış mebel şirkətidir. Şirkət stil, funksionallıq və yüksək keyfiyyəti birləşdirərək, hər bir sifarişçinin ehtiyaclarına uyğun unikal mebellər yaradır.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-06-05 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “Qanun Mühasibatlıq Xidmətləri” ofisini ziyarət ediblər. “Qanun Mühasibatlıq xidmətləri” 10 ildən çoxdur A-dan Z-yə bütün növ maliyyə, mühasibatlıq, vergi, kadr xidmətləri göstərilir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-06-05 / 1

AKİAB komandası olaraq ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “Azərbaycan Beynəlxalq Maarif” məktəbini ziyarət ediblər. Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan partnyorlarımıza məktəbdə yaradılmış təhsil imkanları haqqında geniş məlumat verib.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-30 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “General Supply” ofisini ziyarət ediblər. 2014-cü ildən fəaliyyət göstərən şirkət neft qaz, tikinti və s. sahələrin təhcizatını həyata keçirir və fərdi mühafizə vasitələri, əl alətləri üzrə “Gsafety” brendi adı altında fəaliyyət göstərir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-30 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!

Partnyorlarımız bu dəfə “JS GROUP” MMC ofisini ziyarət ediblər. 2009-cu ildən fəaliyyətə başlayan “JS GROUP” MMC sənaye və mülki tikinti sahəsində təqdim olunmuş layihə əsasında tikinti işlərini həyata keçirir.
Fəaliyyət sahəsinə - köhnə binaların söküntüsündən başlayaraq qazıntı, izolyasiya işləri, dəmir-beton işləri hörgü suvaq işləri, biz sözlə, lahiyənin açar təhvilini icra edir.

Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-17 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “PMO Consulting” LLC ofisini ziyarət ediblər. “PMO Consulting” inkişafın, innovasiyanın və müştəri məmnuniyyətinə əsaslanan dinamik bir iş fəaliyyətini təmsil edir. “PMO Consulting” layihə idarə olunmasını geniş şəkildə təbliğ etmək üçün müştərilərə hər zaman ən yüksək keyfiyyət və xidmətləri tətbiq edir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-08 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “Fotoxalça” ofisini ziyarət ediblər. “Fotoxalça” MMC 2012-ci il aprelin 1-dən fəaliyyət göstərir. “Fotoxalça” MMC şirkət mədəniyyəti, dəyərli müştərini dostluğa çevirmək üzərində qurulub. Şirkət öz müştərilərinə fərqli, orijinal yadda qalan məhsullar təqdim edir.
Bizi qonaq etdiyi üçün “Fotoxalça” MMC komandasına təşəkkür edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-05-03 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “MY VMR” tekstil ofisini ziyarət ediblər. “MY VMR” tekstil bütün sahələrə aid iş geyimləri və aksesuarları istehsal edir. Kefiyyəti, xidməti və operativliyi ilə fərqlənən “VMR Tekstil”-in ölkəmizdə 2 mağazası var.
Bu görüş üçün “MY VMR” tekstil komandasına təşəkkür edirik!

2024-05-03 / 1

AKİAB komandası olaraq ofis ziyarətlərimiz davam edir!


Partnyorlarımız bu dəfə “NZA Audit” ofisini ziyarət ediblər. “NZA Audit” MMC 2016-cı ildə təsis edilmişdir. Cəmiyyət 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür. Şirkət əsasən audit, maliyyə, mühasibat və vergi məsləhətləri sahəsində fəaliyyət göstərir.
Bu görüş üçün “NZA Audit” komandasına təşəkkür edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-04-27 / 1

Partnyorlarımız “Smart System” şirkətini ziyarət ediblər!


Ziyarət zamanı şirkət sahibi Elmin bəy öz layihələri haqqında
əməkdaşlarımıza geniş məlumat verdi. “Smart System” şirkəti ağıllı ev sistemlərinin qurulması ilə məşğuldur. Ağıllı ev sistemləri vasitəsi ilə siz səs, telefon və həssas toxunuşla evlərinizi uzaqdan idarə edə bilərsiz.
AKİAB olaraq ofis ziyarətlərimiz davam edir!

2024-04-09 / 1

Partnyorlarımız ilə birgə “Sweji Cake House” şirniyyat evində çay süfrəsi ətrafında toplaşdıq.


Görüş zamanı partnyorlarımız ləzzətli təamların dadına baxdılar, səmimi söhbətlər və yeni tanışlıqlarla dolu görüş baş tutdu.

Bizi qonaq etdiyi üçün Amil bəyə və onun komandasına təşəkkür edirik!
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-04-08 / 1

Partnyotlarımız “SARR Logistics“ şirkətini ziyarət etdilər!


Sahibkarlarla biznes əlaqələrinin qurulması inkişafı məqsədi ilə bu dəfə “SARR Logistics” şirkətini ziyarət etdik. Görüş zamanı partnyorlarımız öz şirkətləri haqqında məlumat verdilər. Daha sonra “SARR Logistics” şirkətinin rəhbəri Tural bəy dünyanın bir çox ölkələrindən eləcə də Azərbaycandan yüklərin daşınması ( dəniz yolu, hava yolu və. s ) saxlanması ilə bağlı xidmətləri partnyorlarımıza təklif etdi.
Qeyd edək ki, “SARR Logistics” MMC 2015-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət hər növ yüklərin daşınmasını, saxlanmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirir.
AKİAB olaraq "SARR Logistics"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-04-06 / 1

Partnyotlarımız “SARR Logistics“ şirkətini ziyarət etdilər!


Sahibkarlarla biznes əlaqələrinin qurulması inkişafı məqsədi ilə bu dəfə “SARR Logistics” şirkətini ziyarət etdik. Görüş zamanı partnyorlarımız öz şirkətləri haqqında məlumat verdilər. Daha sonra “SARR Logistics” şirkətinin rəhbəri Tural bəy dünyanın bir çox ölkələrindən eləcə də Azərbaycandan yüklərin daşınması ( dəniz yolu, hava yolu və. s ) saxlanması ilə bağlı xidmətləri partnyorlarımıza təklif etdi.
Qeyd edək ki, “SARR Logistics” MMC 2015-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət hər növ yüklərin daşınmasını, saxlanmasını və gömrük rəsmiləşdirilməsini həyata keçirir.
AKİAB olaraq "SARR Logistics"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-03-19 / 1

AKİAB partnyorları “Finessa” mebel istehsalatını ziyarət ediblər!


Görüş zamanı “Finessa mebel”-in rəhbəri Vəfadar bəy istehsalat ilə partnyorlarımızı tanış etdi və istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verdi. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edildi.
“Finessa” mebel fərqliliyi və premiumluğu ilə seçilir. Qeyd edək ki, “Finessa” mebel zövqlü və keyfiyyətli mebellərin hazırlanması xidmətlərini təklif edir.
Çəkiliş üçün @kitamedia.az-a təşəkkür edirik!

2024-03-09 / 1

AKİAB partnyorları "Self Healing Center" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Self Healing Center"ın rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat vermişdir. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət fərdi və korporativ müştərilərə yoqa dərsləri, səs terapiyası, şüuraltı travma, bioenerji seansları və s. xidmətləri təklif edir.
AKİAB olaraq "Self Healing Center"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-03-08 / 1

AKİAB partnyorları "Meqa Sığorta" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Meqa Sığorta"ın rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat vermişdir. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
AKİAB olaraq "Meqa Sığorta"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-03-04 / 1

AKİAB partnyorları "Proav" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Proav"in rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat vermişdir. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət səs sistemləri, səhnə və teatral işıq sistemləri, vizual sistemlər, görüntü sistemləri, audio vizual sistemlərin avtomatlaşdırılması, səhnə və truss sistemləri, akustik konsaltinq xidmətləri təklif edir.
AKİAB olaraq "Proav"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-03-02 / 1

AKİAB partnyorları "Sweji Cake House" şirniyyat evini ziyarət ediblər!


Görüş zamanı "Sweji Cake House"un şirniyyatın hazırlanma prosesi ilə tanış olub, təamlardan dadaraq, xidmət və məhsullarla yaxından tanışlıq oldu. Daha sonra partnyorlar çay süfrəsi ətrafında müəssisənin fəaliyyəti haqqında müzakirə aparıb və biznesə dair məsələləri müzakirə ediblər.
AKİAB olaraq "Sweji Cake House"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-28 / 1

AKİAB partnyorları "Destec Group" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Destec Group"in rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat vermişdir. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət özünün yerli proqramlarını təqdim edərək- anbar və ticarət, istehsal, mühasibat, market, geyim, mobil satış, restoran, turizm, fitness, CRM, HR sistemlərini daha effektiv və yerli bir yolla idarə etməyə imkan verir.
AKİAB olaraq "Destec Group"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-27 / 1

AKİAB partnyorları “Evim İnşaat” MMC şirkətini ziyarət ediblər!


Bu dəfəki ofis ziyarəti görüşü çərçivəsində partnyorlarımızla birlikdə “Evim İnşaat” şirkətinin qonağı olduq. Görüş zamanı “Evim İnşaat”ın rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verdi. Qeyd edək ki, şirkət izolasya, dam örtükləri , beton və styajka xidmətləri təklif edir.
AKİAB olaraq “Evim İnşaat” MMC-ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-20 / 1

AKİAB partnyorları "Clopos" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Clopos" şirkətinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət restoran biznesləri üçün POS proqramı və idarəetmə sistemi xidmətləri təklif edir.
AKİAB olaraq "Clopos"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-19 / 1

AKİAB partnyorları "Fortuna Media" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Fortuna Media" şirkətinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət sosial media marketinq, tv radio reklamı, outdoor reklamı, video və audio reklamı, klip və reklam çəkilişləri və s xidmətləri təklif edir.
AKİAB olaraq "Fortuna Media"ya uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-12 / 1

AKİAB partnyorları "Unisell" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Unisell" şirkətinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət İT avadanlıqlarının, kompüterlərin, aksesuarların, printerlərin, şəbəkə avadanlıqlarının satışı və kartriclərin doldurulması ilə məşğuldur.
AKİAB olaraq "Unisell"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-08 / 1

AKİAB partnyorları "Marketing Partner" şirkətini ziyarət ediblər!


Görüş zamanı "Marketing Partner" şirkətinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət strateji marketinq, dijital reklam, sosial media marketinqi, çatbot marketinq, SEO, internet reklamı və e-poçt marketinqi xidmətləri təklif edir.
AKİAB olaraq "Marketing Partner"ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-02-03 / 1

AKİAB partnyorları "Mahkam Stone" şirkətini ziyarət ediblər!

Görüş zamanı "Mahkam Stone" şirkətinin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Şirkət mərmər, qranit, travertin, onyx və digər daş növlərindən interyer və eksteryerlər üçün füsunkar kolleksiyalar istehsal edir. Qeyd edək ki, şirkət həm topdan, həm də pərakəndə satış həyata keçirir.
AKİAB olaraq "Mahkam Stone"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-01-25 / 1

"AKİAB"ın xanım partnyorları "Etes Diamond" şirkətini ziyarət ediblər!


Görüş zamanı xanım sahibkarlar "Etes Diamond"un peşəkar xidmətləri və məhsulları ilə yaxından tanış olublar. Daha sonra biznes dünyasındakı yeniliklər haqqında və mövcud əlaqələrin inkişafı yönümündə müzakirələr aparılıb. Qeyd edək ki, şirkət xüsusi olaraq özlərinə məxsus dizaynlı, eksklüziv və yüksək keyfiyyətli qızıl və brilliant məhsullarının "ETES" markası adı altında satışı ilə məşğuldur.
AKİAB olaraq "Etes Diamond"a uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-01-24 / 1

AKİAB partnyorları "Arbitro" hüquq şirkətini ziyarət ediblər!


Görüş zamanı "Arbitro"nun rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verib. Daha sonra yeni əməkdaşlıqların qurulması və biznesə dair məsələlər müzakirə edilib. Qeyd edək ki, şirkət hüquqi məsələlərdə müştərilərə korporativ hüquqi xidmətlər, məhkəmədə təmsil və s. xidmətləri təklif edir.
AKİAB olaraq "Arbitro" hüquq şirkətinə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-01-23 / 1

AKİAB partnyorları “DK Agency” şirkətini ziyarət ediblər!


Bu dəfəki ofis ziyarəti görüşü çərçivəsində partnyorlarımızla birlikdə “DK Agency” şirkətinin qonağı olduq. Görüş zamanı “DK Agency”nin rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verdi. Daha sonra biznesə dair məsələlər müzakirə edildi. Qeyd edək ki, şirkət sıfırdan restoranın qurulması, restoran sisteminin, konseptinin və strategiyasının yenilənməsi, françayzinq, hazır biznesin satışı, və alışı üçün konsultasiya, gizli müştəri və s. xidmətləri təklif edir.
AKİAB olaraq “DK Agency”ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2024-01-10 / 1

AKİAB partnyorları “Sauter” şirkətini ziyarət ediblər!


Bu dəfəki ofis ziyarəti görüşü çərçivəsində partnyorlarımızla birlikdə “Sauter” şirkətinin qonağı olduq. Görüş zamanı “Sauter”in rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verdi. Daha sonra biznesə dair məsələlər müzakirə edildi. Qeyd edək ki, şirkət bina idarəetmə sistemlərinin inkişafı, tətbiqi və avtomatlaşdırılması sahəsində fəaliyyət göstərir və montaj nəzarəti, işlətməyə alma, açar təslim işi, uzaqdan nəzarət, baxımı, təmiri və bina rəhbərliyi xidmət dəstəyi təklif edir.
AKİAB olaraq “Sauter”ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!

2023-12-30 / 1

AKİAB partnyorları “Armaad” MMC şirkətini ziyarət ediblər!


Bu dəfəki ofis ziyarəti görüşü çərçivəsində partnyorlarımızla birlikdə “Armaad” şirkətinin qonağı olduq. Görüş zamanı “Armaad”ın rəhbəri fəaliyyət istiqamətləri və uğurlu layihələri haqqında məlumat verdi. Qeyd edək ki, şirkət isitmə, soyutma və havalandırma sistemlərinin satışı ilə məşğuldur.
AKİAB olaraq “Armaad” MMC-ə uğurlar arzulayır və füsunkar çəkilişləri ilə mediamızı gözəlləşdirən @kitamedia.az-a təşəkkür edirik!