Faydalılığın və müştəri zəncirinin artırılması məqsədi ilə qadın sahibkarlarımızın da "AKİAB" tətbiqindən istifadəsi üçün AQSİA (Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) ilə memorandum imzalandı!
Artıq bunun sayəsində qadın sahibkarlar da AKİAB mobil tətbiqinə qoşularaq müştəri zəncirinə xüsusi bonuslar verə bilər, həm də AKİAB-ın təşkil etdiyi B2B görüşlərə qatıla biləcəkdir.
QANUN Mühasibatlıq Xidmətləri şirkətinin təsisçisi Xanoğlan Ramazanovun təqdimatında növbəti görüşümüz baş tutub.
Görüş səhər yeməyi və tanışlıqla başlandı. Təqdimatda vergi məcəlləsindəki yeniliklərdən söz açıldı, həmçinin görüş müddətində partnyorlarımız arasında işlədikləri mövcud layihələr və məlumatlar paylaşıldı.