#AKİABfərqi
Daha bir rəqəmsal transformasiya ilə yerli bizneslərin qarşısındayıq 😉
Belə ki, Sahibkarlığa rəqəmsal transformasiya dəstəyi göstərən AKİAB uzaqdan satış, rəqəmsal kuryer, biometrik imza, nfc kartvizit və s. xidmətlərin Azərbaycanda tətbiqinin genişləndirməsi üçün Azerbaijan Franchise Association vasitəçiliyi ilə Digital Dönüşüm Teknoloji Hizmetleri AS (DDTECH) şirkəti ilə memorandum imzalamışdır. Memoranduma əsasən, Türkiyənin 1 nömrəli rəqəmsal transformasiya şirkəti olan DDTECH şirkəti artıq bu gündən etibarən AKİAB-ın vasitəsi ilə yerli şirkətlərə 2023cü ildə hədəflənən yaşıl iqtisadiyyat və rəqəmsal transformasiyanın inkişafına dəstək göstərəcək.
Bu xidmətlərlə şirkətlər daha operativ, təhlükəsiz şəkildə rəsmi prosedurları həll edə biləcəklər. Bu da öz növbəsində kağız istifadəsini minimuma endirəcək və ekologiyanın qorunması baxımdan təbiətə töhvəsini verəcək.
Qarşılıqlı faydalılıq əsasında təşkil olunan B2B görüşlərimiz davam edir. Növbəti görüşümüz İnşaat və xidmət sahəsinin sahibkarları arasında keçirilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıqlar və sahələrin inkişafı üçün gərəkli bilgilər qarşılıqlı şəkildə bölüşülmüşdür.
Təchizat zənciri mövzusunda ölkənin öndə gələn iş adamlarının bir araya gəldiyi mövbəti görüşümüzdən görüntülər.
Görüşdə təchizat zəncirinin bütün istiqamətləri üzrə əhatəli məlumatlar bölüşüldü və ölkəmizdə tikinti inkişafını dəstəkləyəcək məlumatlar paylaşıldı. Səmərəli keçən görüşümüzdə biznes adamları qarşılıqlı layihələndirmələri müzakirə etdi.
“AKİAB” bu dəfə HoReCa və Turizm masasında bir araya gəldi.
Qonaqpərvərlik sahəsində çalışan partnyorlarla baş tutan görüşdə ölkəmizdəki hotel və restoran seqmentinin inkişafı üçün alternativ yollar danışıldı.
Həm yerli əhalini, həm də turistləri ölkəmizə cəlb etmək məqsədi ilə atılan addımlarla turizm sahəsinə öz töhvəsini verərək ölkə iqtisadiyyatında dərin rola sahib üzvlərimiz görüşdə etdikləri müxtəlif işləri paylaşdı.
Bu dəfəki biznes görüşümüzdə tikinti və xidmət sahələrində innovativ həllər müzakirə olundu.
Partnyorlar mövcud yeni imkanları, sorğuları və ehtiyatları masaya yatırdı.
Partnyorlarımız faydalı keçən bu görüşdə yeni işlərlə və layihələrlə bağlı ətraflı məlumat əldə etdilər.
AKİAB növbəti B2B görüşünü həyata keçirib.
Bu dəfə patnyorların yeni layihələr və işlərini paylaşdığı görüş baş tutdu.
Müştəri zəncirinin genişləndirilməsi yönündə aparılan görüşdə yeni layihələrdə digər üzvlərin rolu haqqında da geniş müzakirə aparıldı.
“Aral qrup”, “Xəyal adaları” və digər böyük şirkətlərin satınalma rəhbərlərinin iştirak etdiyi MEP və Təchizat masasında partnyorlarımız öz şirkətləri və xidmətləri barədə geniş məlumat verdilər.
Qarşılıqlı layihələrin paylaşıldığı masada, həmçinin tender modulu ve tender komissiyasi barədə də müzakirələr aparıldı.
“AKİAB” daha böyük uğurları ilə fərqlənir!
Bu dəfə AKİAB-ın Azərbaycan Françayzinq Assosiasiyası ilə birgə görüşü baş tutdu. Görüşdə Françayzinq Assosiasiyası ilə AKİAB arasında memorandum imzalandı. Memorandumun imzalanma səbəblərindən ən başlıcası iş adamlarına yeni imkanların yaradılması idi.
2022-ci ildə təsis edilmiş “AFA”-nın əsas məqsədi Azərbaycan markalarının xaricə çıxışının təmin olunmasında dəstək göstərilməsi, lokal markalara investisiya dəstəyinin göstərilməsində birbaşa iştirak etmək və markaların menecment işinin xarici ölkələrdə təşkili istiqamətində fəaliyyət göstərməkdir.
Assosiasiyanın digər iş istiqaməti isə xarici markaların ölkəyə gətirilməsi və fəaliyyətinin təşkili prosesində, xarici markaların Azərbaycanda menecment sisteminin qurulmasında birbaşa iştirakdır.
Əlavə olaraq, görüş əsnasında üzvlərimiz "Françayzinq - alternativ biznes inkişaf modeli kimi" mövzusunu müzakirə etdi və partnyorlar arasında ən yeni məlumatların alış-verişi baş tutdu.
“AKİAB” yeni sezonda da görüşlərini davam etdirir.
Bu dəfəki görüşümüz tikinti sektorunda çalışan üzvlərimizlə baş tutdu.
Partnyorların iştirakı ilə baş tutmuş görüşdə, Azərbaycanda keçirilmiş olan tenderlər və tender komissiyası haqqında geniş məlumat verildi.
Tikinti sahəsindəki bu görüş, önəmli məlumatların alış-verişi, yeni tikililərin proyektləri ilə tanışlıq və bu sahəyə olan marağın artırılması mövzusunda müzakirələrlə yadda qaldı.
Şirkətlərin daxilində yaranan maliyyə sıxıntılarının aradan qaldırılması yönündə partnyorlara dəstək məqsədli görüşümüzdə iştirak edən üzvlərimiz, həm də bu mözuda geniş və faydalı bilgilər əldə etdilər.
AKİAB-ın bu dəfəki görüşündə böyük şirkətlərin planladığı layihələr və tenderlər geniş müzakirə edildi və bu layihələr haqqında geniş məlumat paylaşıldı.
Baş tutmuş görüşdə partnyorlar digər üzvlər üçün iş imkanları haqqında da ətraflı məlumat vermişdir.
AKİAB biznes adamları ilə növbəti B2B layihə zənciri görüşü həyata keçirdi.
Görüşdə ölkənin böyük şirkətlərinin satınalma və təchizat rəhbərlərinin iştirakı ilə baş tutmuş görüşdə AKİAB partnyorları da öz layihələri ilə bağlı ətraflı məlumat paylaşdı.
"AKİAB"-ın təşkilatçılığı ilə qadın sahibkarlar bir araya gəlmişdir. AKİAB üzvü olmaq istəyən qadın sahibkarlar bağlanmış memoranduma əsasən həm də "AQSİA" üzvü olmuş olur. Bununla bərabər bu biznes sahibləri əməkdaşlıq çərçivəsində həm AKİAB, həm də AQSİA-nın təklif etdiyi imkanlardan yararlanma hüququna sahib olur.
AKİAB-ın növbəti görüşündə şirkət sahibləri yenidən mövcud layihələrlə bağlı ətraflı məlumat verdi.
Şirkətlər hal-hazırda davam edən layihələrində ehtiyac duyulan təchizatlarla bağlı məlumat verdi. Eyni zamanda böyük şirkətlər öz layihələrində olan ehtiyaclarını partnyorlarla paylaşdı. Bunun sayəsində bizneslərin və layihələrin daha sürətli inkişafı gözlənilir.
"AKİAB" bu dəfəki görüşündə layihə bölgüsündən söz açdı. Biznes adamları bu dəfəki görüşdə layihələri ilə bağlı məlumatlar paylaşdılar.İş adamlarını bir araya gətirən bu görüşümüzdə hal-hazırda davam edən layihələrlə bağlı məlumat verildi və bu layihələrdə partnyorların işçi qüvvəsi, məhsul və digər mövzularda bir-birinə verə biləcəyi dəstəklər ətraflı müzakirə olundu. 🤝
“AKİAB” qadın sahibkarlar ilə birlikdə kənd təsərrüfatı və aqrar inkişaf mövzularının müzakirə olunduğu masada bir araya gəlib. Görüşdə kənd təsərrüfatı və aqrar sahənin müxtəlif nümayəndələri iştirak etdilər. Görüşdə, həmçinin”AQSİA”-nın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadın sahibkarlar da iştirak edib.Bu sahənin ölkəmizdəki gələcəyi haqqında və qarşılıqlı fayda verəcək məlumatlar paylaşıldı.
"AKİAB" inşaat sahəsindəki inkişaf ilə yaxından tanış olmaq məqsədilə bu sahədəki iş adamlarını korporativ səhər yeməyində, B2B görüşdə birləşdirdi.
Görüşün əsas məqsədi iş adamlarını bir araya gətirərək yeni əməkdaşlıqlara vəsilə olmaq və müştəri zəncirini şaxələndirməkdir.
AKİAB-ın işgüzar görüşləri davam edir. Üzvlərimizin iştirak etdiyi görüşümüzdə biznesinin inkişafının stimullaşdırılması, şirkətdaxili münasibətlərin inkişafının biznesin böyüməsində rolu mövzuları geniş müzakirə olundu.
“AKİAB” partnyorları, işgüzar münasibətlərin yaradılması üçün təşkil etdiyimiz “B2B” görüşümüzdə bir araya gəldi.
Görüş çərçivəsində sahibkarlar fəaliyyət istiqamətləri və gələcək planları ilə bağlı məlumatları bölüşdülər, həmçinin biznesə dair mühüm məsələlər haqqında müzakirələr apardılar.
Həmin görüşdən kadrları sizlər üçün təqdim edirik. İştirak edən hər kəsə minnətdarıq!
AKİAB üzvləri ilə növbəti B2B görüş təşkil etmişdir. Görüşdə üzvlər arasında tanışlıq baş tutdu.
Arbitro şirkətinin sahibi Nəcəf Əliyev şirkət haqqında ətraflı məlumat vermiş və şirkət sahiblərinin hüquq sahəsindəki suallarını cavablamışdır.
Görüşün əsas məqsədi üzvlərarası əlaqələrin genişləndirilməsi, xidmətlərlə qarşılıqlı tanışlıq sərgilənməsi, bununla yanaşı, biznesin böyüməsi və inkişafı ilə bağlı fikir alış-verişləri edilməsidir.
Biznes sahiblərinin bu görüşlərimizin ərsəyə gəlməsində böyük rolu var. Bu səbəbdən hər birinə dərin təşəkkürümüzü bildiririk!
Daha faydalı əlaqələr və güclü əməkdaşlıqlar üçün yaxşı imkanlar yaradan B2B görüşlər, sahibkarların bu sahədəki inkişafına və yeni tərəfdaşlar tapmasına yardım edir.
Görüşdə iştirakçılar zalda əyləşənlərə xidmətləri ilə bağlı ətraflı məlumat verib. Qatılan hər kəsə təşəkkürlər!
Faydalılığın və müştəri zəncirinin artırılması məqsədi ilə qadın sahibkarlarımızın da "AKİAB" tətbiqindən istifadəsi üçün AQSİA (Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) ilə memorandum imzalandı!
Artıq bunun sayəsində qadın sahibkarlar da AKİAB mobil tətbiqinə qoşularaq müştəri zəncirinə xüsusi bonuslar verə bilər, həm də AKİAB-ın təşkil etdiyi B2B görüşlərə qatıla biləcəkdir.
QANUN Mühasibatlıq Xidmətləri şirkətinin təsisçisi Xanoğlan Ramazanovun təqdimatında növbəti görüşümüz baş tutub.
Görüş səhər yeməyi və tanışlıqla başlandı. Təqdimatda vergi məcəlləsindəki yeniliklərdən söz açıldı, həmçinin görüş müddətində partnyorlarımız arasında işlədikləri mövcud layihələr və məlumatlar paylaşıldı.