İşgüzar Səfərlər

2022-03-14 / 1

AKİAB tərəfindən biznes düşərgəsi təşkil edildi.

AKİAB MMC 14 Mart 2022 tarixində "Customer Chain" layihəsi əsasında partnyorları arasında "Astara Maricel" otelində Businesscamp təşkil etmişdir. Rəsmi hissədən olan görüntüləri sizə təqdim edirik.Businesscamp-ın rəsmi hissəsində 30 şirkətin nümayəndələri iştirak etmişdir. İştirakçı şirkətlər Maricel otelin yeni tikiləcək və təmirdə olan binalarında fəaliyyət sahələrinə uyğun iş imkanları əldə etdilər.

2022-10-29 / 1

Həm ziyarət, həm ticarət

Partnyorları ilə hər zaman biznesdə yan-yana olan AKİAB, bu dəfə Lənkərana yol alaraq uzun yol dostu oldu.Partnyorlarımız gəzintinin ilk günü Təbriz Hacinskinin "Gizli və aşkar idarəetmə" mövzusunda olan təlimdə, həmçinin şam yeməyində iştirak etdilər. Daha sonra isə "Mafia" oyunu oynaraq əyləncəli anlar yaşadılar.Təşkil etdiyimiz "Həm ziyarət, həm ticarət" gəzintisindən yaddaqalan anları sizlər ilə bölüşürük.

2022-11-21 / 1

ADNSU-da Sahibkarlarla görüşdə AKİAB olaraq iştirak etdik.

Mustafa Babanlının dəvəti ilə ADNSU-da keçirilən sahibkarlarla görüşdə AKİAB olaraq iştirak etdik. Görüşdə rektor, professor Mustafa Babanlı elmin inkişafı ilə yanaşı, universitetdə ixtisaslı və savadlı, o cümlədən müasir bazar iqtisadiyyatına uyğun hazırlıqlı kadrların yetişməsinin hər zaman diqqətdə saxlandığını bildirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq müzakirə edilib və eyni zamanda bu gün sahibkarlar üçün necə mütəxəssislərin vacibliyi barədə rektora məlumat verilib.

2022-11-28 / 1

AKİAB-ın tərəfdaş olduğu "Qadın Sahibkarlara Yaşıl İşıq" V forumu

23 noyabr 2022-ci ildə Bakı Konqress Mərkəzində tərəfdaşı olduğumuz "Üfiqdə yeni fürsətlər, qadın sahibkarlara yaşıl işıq" V forumu baş tutmuşdur.
Forumda müxtəlif dövlət rəsmiləri, o cümlədən 500-dən çox sahibkar iştirak etmişdir.

2022-12-24 / 1

“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.

“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində AKİAB meşəsi salınıb.
“Yaşıl Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən gölü ətrafında ölkə sahibkarlarının iştirakı ilə AKİAB meşə zolağı salınıb.
AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi (DMA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA strateji tərəfdaşlığı, AKİAB, AgroPlatform, və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) birgə təşkilatçılığı ilə baş tutan ağacəkmə kompaniyası çərçivəsində 3000-ə yaxın pavlovniya ağacı əkilib.
23 dekabr tarixində rəsmi şəxslərin və 50-dən çox sahibkar və iş adamının iştirakı ilə salınmış meşə zolağında simvolik ağacəkmə mərasimi keçirilib.
Mərasimdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cavadov Rüfət və bir sıra qurumların rəhbər şəxsləri, sahibkarlar iştirak ediblər.
AKİAB rəhbəri Şirin Şərifovun sözlərinə görə sahibkarların dəstəyilə salınmış meşə zolağı ölkə başçısı cənab Ilham Aliyevin doğum gününə həsr olunub.
Agro Paltform MMC-nin rəhbəri Elnur İslamovun sözlərinə görə isə “Yaşıl Azərbaycan” layihəsi növbəti illərdə də davam edəcək və daha çox sahibkarın, dövlət qurumlarının cəlb edilməsi ilə geniş meşə zolaqları salınacaqdır.
Qeyd edək ki, “Yaşıl Azərbaycan” layihəsinin əsas məqsədi dünyanın ən tez böyüyən pavlovniya ağacı ilə ölkənin yaşıllaşdırma faizini yüksəltmək, dövlət və özəl sektor əməkdaşlığını bu istiqamətdə inkişaf etdirərək ətraf mühitin mühafizəsinə xidmət etməkdir.

2023-01-25 / 1

Sərbəst vasitələrinizi işlək biznesə yatırım edin!

AKİAB bu dəfə də sahibkarları sevindirəcək görüş keçirdi.
AKİAB və KOBSKA sərbəst vəsaitlərini işlək bizneslərə yatırım etmək istəyənlərə dəstək olmaq üçün bir masa ətrafında əyləşdi. Görüşdə iştirak edən sahibkarlar arasında gələcək prespektivlər yüksək ideyaların təqdim edildiyi layihələr ətrafında müzakirələr aparıldı.

2023-02-08 / 1

Artıq AKİAB-ın da "Startap şəhadətnaməsi" var!

Ötən gün Kob Evinin direktoru Zaur Qasımovun dəvətilə Akiabın idarə heyəti "Kob Evi"nə qonaq olmuş, mərkəzin ümumi iş prinsipi, plan və gələcək perspektivlərilə tanış olmuşdur. AKİAB bu görüşdə KOBİA-nın sədr müavini Hikmət Məmmədovun təqdimatı ilə startap şəhadətnaməsi əldə etmişdir.
Qeyd edək ki, şəhadətnaməni aldıqları tarixdən etibarən AKİAB innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

2023-03-03 / 1

“Həm ziyarət, həm ticarət”

“Həm ziyarət, həm ticarət” səfəri çərçivəsində sahibkarlararası əlaqələrin möhkəmlənməsi xarakterilə müxtəlif oyunlar təşkil olunmuşdur.
“Outsite.az”-ın təqdimatında Team building oyunları keçirilmiş, oyunda komandalar həm fiziki, həm də zehni çeviklik baxımdan mübarizə aparmışdır. Əyləncəli keçən oyunlar "Kişilər" komandasının qələbəsi ilə başa çatmışdır.

2023-03-23 / 1

"HƏM ZİYARƏT, HƏM TİCARƏT" ASTARA

AKİAB bu səfər öz partnyorları ilə Astaraya səfər edib. #Həmziyarəthəmticarət səfəri çərçivəsində Maricel Hoteldə səfərin ilk günü B2B görüş və "By Mübariz" restoranının təsisçisi, ləzzət ovçusu Mübariz Vəliyevin təqdimatında seminarla və Maricel Hotelin təqdimatı ilə başlayıb. Daha sonra Mafia oyunu ilə davam edən gün, əyləncəli və həyəcanlı anlarla yadda qalıb 😉

2023-03-24 / 1

Həm ziyarət, həm ticarət

Partnyorları ilə hər zaman biznesdə yan-yana olan AKİAB, bu dəfə Astaraya yol alaraq uzun yol dostu oldu.
Bu dəfə baş tutmuş səfərimiz müxtəlif oyunlar, partnyorumuz Tehran Əliyevin təqdimatında təlim, mafia oyunu və əyləncəli anlar ilə yadda qaldı.
Təşkil etdiyimiz "Həm ziyarət, həm ticarət" gəzintisindən yaddaqalan anları sizlərlə bölüşürük.